Məhkəmə qərarları › İş №2(036)-1305/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1305/2022

22.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1305/2022 22.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «X11» ölüm haqqında şəhadətnamədə olduğu kimi X17, «X22» şəxsiyyət vəsiqəsində olduğu kimi X29 və «X12» şəxsiyyət vəsiqəsində olduğu kimi X8 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq X1 Laləzar Ağamirzə qızı kimi, X9 Fiqurə Miri qızı kimi və X2 Kənizər Mirzəxan qızı kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3,65 ha torpaq sahəsi X18, X21, Ərizəçi, X30, X24, X19 və X7 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 13614292 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X22 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X14 qeyd edilmişdir. İş materiallarında olan AZ-1652485 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 13 mart 1969-cu ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X8 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 745972 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X6 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət X3, X21, Ərizəçi, X29, X24, X20 və X10 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0183 nömrəli KOD 90709038 saylı Dövlət X3, X21, Ərizəçi, X29, X24, X20 və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 X6, X22 X14 və X12 X8 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar