Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1325/2021 17.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0471 nömrəli 90715018 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X3” Ərizəçi1 kimi və “X1” Ərizəçi2 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə edərək izahatında göstərdi ki, ona və ailə üzvləri X6, X4, X7, Ərizəçi1 və Ərizəçi2 aqrar islahat zamanı İmişli rayonunun Buludlu kəndində 0.82 ha pay torpaq sahəsi qeydiyyata alınmış və «Torpağa mülkiyyət hüququna dair» JN-0471 nömrəli 90715018 kodlu Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında texniki səhv olaraq oğlu Ruhinin adı Ruhil kimi və qızı Şəlafətin adı Şərafət kimi yazılmışdır. Bu yalnışlığa görə onlar həmin hüquq müəyyənedici sənəddən istifadə edə bilmirlər. Həmin dövlət aktını vermiş Aqrar İslahat Komissiyası və Torpaq şöbəsi ləğv edildiyindən qeyd olunan sənəddə buraxılmış açıq səhvlərin məhkəmədənkənar dəyişdirlməsi mümkün deyil. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclası zamanı ərizələrinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0471 nömrəli 90715018 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 30 sentyabr 2002-ci il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.82 ha torpaq sahəsi Ərizəçi3, X6, X4, X7, X8 və X1 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İmişli rayon İcra Hakimiyyəti Başçısının Sarıxanlı və Buludlu kəndləri üzrə nümayəndəliyindən Ərizəçi3 verilmiş arayışdan görünür ki, JN-0471 nömrəli 90715018 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi3 adı səhv olaraq X2 yazılmışdır. Bu adda onların ailəsində və Buludlu kəndində adam yoxdur və yaşamır. Əslində onun oğlunun adı düzgün olaraq Ərizəçi1 kimi oxunmalıdır. İşdə olan X-JQ 328289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1984-cü il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. İşdə olan Xİ-JQ 314383 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1985-ci il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0471 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0471 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0471 nömrəli 90715018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi1 və Ərizəçi2 adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0471 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi3, X6, X4, X7, Ərizəçi1 və Kərimova (Cəbiyeva) Şəlafət Hüseyn qızı kimi qeyd edilməli və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0471 nömrəli 90715018 kodlu Dövlət aktının Ərizəçi3, X6, X4, X7, Ərizəçi1 və Kərimova (Cəbiyeva) Şəlafət Hüseyn qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 Ərizəçi1 kimi və X1 Kərimova (Cəbiyeva) Şəlafət Hüseyn qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1325/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1325/2021
17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver