Məhkəmə qərarları › İş №2(036)-1348/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1348/2022

17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1348/2022 17.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamədə səhvən qeyd olunmuş «X9» Ərizəçi kimi, «X11» X6 və «X10» X4 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə texniki səhv olaraq onun adı Rufanə əvəzinə Rüfanə kimi, atası X2 Ziyad Albaba oğlu kimi və anası X1 Gülnaz İdris qızı kimi yazılmışdır. X5 və anası X13 vəfat etmişdir. Şəhadətnaməni vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,21 ha torpaq sahəsi X3 Gülnaz İdris qızı və X9 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 446123 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X6 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 188342 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X4 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamənin X16, X13 və Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-255A nömrəli KOD 90709038 saylı şəhadətnamənin X16, X13 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 Ərizəçi kimi, X11 X6 və X10 X4 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar