Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1368/2022 01.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «Zamanov E``tibar Zahid oğlunun» şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi, «X5» şəxsiyyət vəsiqəsində olduğu kimi X8, «Zamanova Yetər E``tibar qızının» şəxsiyyət vəsiqəsində olduğu kimi Zamanova (Əliyeva) Yetər Ehtiram qızı və «Zamanov Elməddin E``tibar oğlunun» şəxsiyyət vəsiqəsində olduğu kimi X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq onun adı E``tibar kimi, arvadının adı Şahnaz kimi və uşaqlarının ata adı E``tibar kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2,39 ha torpaq sahəsi Zamanov E``tibar Zahid oğlu, X10, Zamanova Yetər E``tibar qızı və Zamanov Elməddin E``tibar oğlunun ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-149173 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İş materiallarında olan İV-JQ 437120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 fevral 1961-ci ildə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. İş materiallarında olan XİV-JQ 389853 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 yanvar 1989-cu ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Zamanov E``tibar Zahid oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 17894155 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZE 16050890 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Zamanova Yetər E``tibar qızının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Zamanov Elməddin E``tibar oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 825139 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X11 arasında nikah 13 dekabr 2012-ci il tarixdə Saatlı rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 203 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X7 “Əliyeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi, X8, Zamanova (Əliyeva) Yetər Ehtiram qızı və X1 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0086 nömrəli KOD 90712038 saylı Dövlət Aktının Ərizəçi, X8, Zamanova (Əliyeva) Yetər Ehtiram qızı və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş Zamanov E``tibar Zahid oğlunun Ərizəçi kimi, Zamanova Yetər E``tibar qızının Zamanova (Əliyeva) Yetər Ehtiram qızı kimi, X5 X2 və Zamanov Elməddin E``tibar oğlunun X1 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1368/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1368/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver