Məhkəmə qərarları › İş №2(036)-1369/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1369/2021

08.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1369/2021 08.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “Aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək onun barəsində tərtib edilmiş 04 iyul 2020-ci il tarixli, 187948 nömrəli və 29 iyul 2020-ci il tarixli, 188175 nömrəli aktların etibarsız hesab edilməsi və ona əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonunun Qulubəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evinə X1 etmək üçün elektrik sayğacı quraşdırılmışdır. 04 iyul 2020-ci il tarixli, 187948 nömrəli və 29 iyul 2020-ci il tarixli, 188175 nömrəli aktlarla “xxxx“ ASC-nin əməkdaşları tərəfindən ona qanunsuz cərimə yazılmışdır. Aktlarda göstərilib ki, guya sayğacdan kənar xətt vasitəsilə X1 edilib. Qeyd olunan akt onun iştirakı olmadan tərtib olunmuşdur. Ona görə də onun barəsində tərtib edilmiş 04 iyul 2020-ci il tarixli, 187948 nömrəli və 29 iyul 2020-ci il tarixli, 188175 nömrəli aktların etibarsız hesab edilməsi və ona əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı evində 04 iyul 2020-ci il və 29 iyul 2020ci il tarixlərdə X1 qaydaları yoxlanılarkən iddiaçının sayğacdan kənar xətt vasitəsilə X1 etməsi faktı aşkar olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş EEİQ-nın 8.32-ci bəndi rəhbər tutularaq və fakta istinad olunaraq . 04 iyul 2020-ci il tarixli, 187948 nömrəli və 29 iyul 2020-ci il tarixli, 188175 saylı aktlar tərtib edilmişdir. Bu da «X1 Qaydalarının» (EEİQ) 8.32-ci bəndinin istehlakçı tərəfindən pozulması deməkdir. İddiaçının müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq bərpa edilmişdir. Bunun üçün yol verilmiş həmin pozuntu faktlarının aşkarlanmasının özü belə kifayət edir. Aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Göründüyü kimi iddiaçı ərizəsində aktın etibarsız hesab edilməsi üçün heç bir sübut göstərə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 04 iyul 2020-ci il tarixli 187948 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Qulubəyli kəndində yerləşən evində 04 iyul 2020-ci il tarixdə X1 qaydaları yoxlanılarkən sayğacdan kənar xətt vasitəsilə X1 etməsi faktı aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 29 iyul 2020-ci il tarixli, 188175 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Qulubəyli kəndində yerləşən evində 29 iyul 2020-ci il tarixdə X1 qaydaları yoxlanılarkən sayğacdan kənar xətt vasitəsilə X1 etməsi faktı aşkar olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş matariallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Qulubəyli kəndində yerləşən evində X1 qaydaları yoxlanılarkən sayğacdan kənar xətt vasitəsilə X1 etməsi faktı aşkar olunduğundan «EEİQ»-nın 8.32-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən 04 iyul 2020-ci il tarixli, 187948 saylı və 29 iyul 2020-ci il tarixli, 188175 saylı aktlar tərtib olunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X1 Qaydaları»nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enercitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, «xxxx» ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»nın 8.1-ci maddəsinin tələbinə görə dövlət energetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən …yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən …öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır. «X1 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində tərtib edilmiş 04 iyul 2020-ci il tarixli, 187948 saylı akta əsasən hesablanmış enerji məbləği 1.7 kvt. x 0,7x 24 saat x 30 gün = 856.8 kvt. s; 856.8 kvt.s x 0.11 m = 94.25 manat və 29 iyul 2020-ci il tarixli, 188175 saylı akta əsasən hesablanmış enerji məbləği 2.31 kvt. x 0,7x 12 saat x 25 gün = 485.1 kvt. s; 485.1 kvt.s x 0.11 m = 53.36 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində tərtib 04 iyul 2020-ci il tarixli, 187948 saylı akta əsasən hesablanmış enerji məbləği 94.25 (doxsan dörd manat, iyirmi beş qəpik) manat və 29 iyul 2020-ci il tarixli, 188175 saylı akta əsasən hesablanmış enerji məbləği 53.36 (əlli üç manat, otuz altı qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar