Məhkəmə qərarları › İş №2(036)-1392/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1392/2021

31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1392/2021 31.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə verilmiş “Torpaq mülkiyyət hüququna dair” JN-0188 saylı, 90710038 kodlu Dövlət X1, X12, X16, X9, Ərizəçi, X17, Aslanova (Mustafayeva) Aytən Ramil qızı və X22 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə ona və ailə üzvlərinə JN-0188 saylı, 90710038 kodlu “Torpaq mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Həmin Dövlət aktında texniki səhv olaraq X8 “X15” kimi, Ərizəçi “X18” kimi, X17 “X13” kimi və X28 “X29” kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçi X10 dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında “Torpaq mülkiyyət hüququna dair” JN-0188 saylı, 90710038 kodlu Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 4.93 ha torpaq sahəsi X15, X12, X16, X9, X18, X13, X23 və X36 İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpaq mülkiyyət hüququna dair” JN-0188 saylı, 90710038 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 15188005 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpaq mülkiyyət hüququna dair” JN-0188 saylı, 90710038 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İş materiallarında olan AZE 15981463 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpaq mülkiyyət hüququna dair” JN-0188 saylı, 90710038 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X19 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X14 qeyd edilmişdir. İşdə olan AZ-1 № 241379 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 09 iyun 2007-ci il tarixdə İmişli rayonunun Çaxırlı kəndində ölmüş X4 ata adı Dövlət Aktında səhvən X3 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Torpaq mülkiyyət hüququna dair” JN-0188 saylı, 90710038 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair “Torpaq mülkiyyət hüququna dair” JN-0188 saylı, 90710038 kodlu Dövlət aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. “Torpaq mülkiyyət hüququna dair” JN-0188 saylı, 90710038 kodlu Dövlət X1, X12, X16, X9, Ərizəçi, X17, Aslanova (Mustafayeva) Aytən Ramil qızı və X22 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 X2, X11 Ərizəçi kimi, X6 X5 və X19 X14 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar