Məhkəmə qərarları › İş №2(036)-1398/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1398/2021

21.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1398/2021 21.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 1928-ci il təvəllüdlü anası X4 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, 01 iyul 1928-ci il təvəllüdlü anası İfrat Əhmədova ilə İmişli rayonunun Boşçallar kəndində bir evdə yaşayır. Ona bacısı və özü baxır. Çünki anası yaşla əlaqədar ağıl zəifliyinə düçar olmuş, psixi-nevroloji xəstəliklərdən əziyyət çəkir və təqaüdçüdür. O, hərəkətlərini idarə edə bilmir, etdiyi hərəkətlərin mənasını anlamır. Onu daim nəzarətdə saxlamaq məcburiyyətindədirlər. Xəstə anasının hüqularını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək, adından əqd bağlamaq, və s. üçün onun üzərində qəyyum təyin edilməlidir. Bunun üçün də anası İfrat Əhmədova fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs İmişli rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan A3 340429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə İmişli rayonunun Sarxanlı kəndində anadan olmuşdur. X2, anası X5r. İş materiallarında olan AZE 04799794 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 01 iyul 1928-ci il tarixdə İmişli rayonunun Boşçallar kəndində anadan olmuşdur. İş materiallarında olan Həkim Sanitar Xidmətinin X11 Xəstəxanası MMC tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, 545 saylı arayışdan görünür ki, X7 05 may 2021-ci il tarixdə müayinə olunmuş və “Dissirkulyator ensefalopatiya, senil demensiya kəskin ifadəli qocalıq ağıl zəifliyi” diaqnozu aşkar edilmişdir. İş materiallarında olan Həkim Sanitar Xidmətinin X11 Xəstəxanası MMC tərəfindən verilmiş 18 may 2021-ci il tarixli, 564 saylı tibbi rəyindən görünür ki, X7 05 may 2021-ci il tarixdə müayinə olunmuş və “Dissirkulyator ensefalopatiya, senil demensiya kəskin ifadəli qocalıq ağıl zəifliyi” diaqnozu aşkar edilmişdir. X7 özünü idarə edə bilmir. Ona görə də onun qəyyuma ehtiyacı var. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 25 avqust 2021-ci il tarixli 2680 saylı rəyindən görünür ki, X6 Dissirkulyator ensefalopatiya, senil demensiya kəskin ifadəli qocalıq ağıl zəifliyi diaqnozu qoyulmuşdur. 01 iyul 1928-ci il təvəllüdlü X7 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarına malik deyildir. Ona görə də, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə görə məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01 iyul 1928-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 305 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1928-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar