Məhkəmə qərarları › İş №2(036)-1410/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1410/2021

16.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1410/2021 16.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İmişli rayonu, Rəsullu kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 91 saylı, 07 fevral 2001-ci il tarixli qərarı ilə 1.14 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair 12 fevral 2002-ci il tarixdə JN-0139 Kod 90714018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı, adı, ata adı səhvən “X7” kimi qeyd edilmişdir. O, JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ona JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi həmin torpaq sahəsi ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında özünün soyadı, adı və ata adının “Ərizəçi” kimi oxunması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1935-ci ildə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş və İmişli rayonu, Rəsullu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İ-ИЕ 760035 №-li, 10 may 1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxx 1935-ci ildə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş, “atası” X5 və “anası” X3 qeyd edilmiş, bu barədə akt qeydləri kitabında 46 № ilə qeyd edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İ-ИЕ 041431 №-li, 24 sentyabr 1959-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 arasında 24 sentyabr 1989-cu il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 13 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Behbudova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 91 saylı, 07 fevral 2001-ci il tarixli qərarı ilə İmişli rayonu, Rəsullu kəndində yerləşən 1.14 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, Ərizəçi, Nümayəndə və X4 ümumi birgə mülkiyyətinə verilmiş və Ərizəçi soyadı, adı və ata adı səhvən “X7” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********54 saylı, 01 aprel 2021-ci il tarixli məktubdan görünür ki, JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 91 saylı, 07 fevral 2001-ci il tarixli qərarına əsasən İmişli rayonu, Rəsullu kəndində yerləşən 1.14 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, Ərizəçi, Nümayəndə və X4 ümumi birgə mülkiyyətinə verilmiş və Ərizəçi soyadı, adı və ata adı səhvən “X7” kimi qeyd edilmişdir. Bundan başqa, Ərizəçi JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılması barədə, yəni hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Ərizəçi adı, soyadı, ata adının “Ərizəçi” kimi olması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Beləliklə, JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “torpaq mülkiyyətçisinin ailə üzvlərinin adı, soyadı, ata adı qrafasında” “X7” qeydi “Ərizəçi” kimi oxunması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “torpaq mülkiyyətçisinin ailə üzvlərinin adı, soyadı, ata adı qrafasında” “X7” qeydi “Ərizəçi” kimi oxunmalı və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-0139 Kod 90714018 saylı, 12 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “torpaq mülkiyyətçisinin ailə üzvlərinin adı, soyadı, ata adı qrafasında” “X7” qeydi “Ərizəçi” kimi oxunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar