Məhkəmə qərarları › İş №2(036)-1411/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1411/2021

26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1411/2021 26.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0361 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Ağayev Mülkülət Ərizəçi2, X2 Mətləb Xasməmməd oğlu, Ərizəçi3 Ələmşah qızı Ərizəçi3, Ağalı X28 Amil Əlabbas oğlu və Ağalı X24 Ələmşah Əlabbas oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Buludlu kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0361 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0361 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Ağayev Mülkülət Ərizəçi2, X2 Mətləb Xasməmməd oğlu, Ərizəçi3 Ələmşah qızı Ərizəçi3, Ağalı X28 Amil Əlabbas oğlu və Ağalı X24 Ələmşah Əlabbas oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0361 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 30.09.2002-cı il tarixli 10 saylı qərarı ilə İmişli rayonunun Buludlu kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.20 ha torpaq sahəsi X30, Ağayev Mülkülət, X20, X27, X21, X25, X22, X23, Ərizəçi3 Ələmşah qızı, Ərizəçi4 Ələmşah oğlu və Ərizəçi1 Ələmşah oğlunun ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 30.04.2020-ci il tarixli 05/69-211 nömrəli arayışına əsasən X10 09.09.1960-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur, anası X5 qeyd olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 30.04.2020-ci il tarixli 05/69-217 nömrəli arayışına əsasən X7 doğulmuş xx.xx.1967-ci il təvəllüdlü X1 Xasməmməd Atakişi oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 30.04.2020-ci il tarixli 05/69-218 nömrəli arayışına əsasən Ərizəçi3 doğulmuş xx.xx.1995-ci il təvəllüdlü Ərizəçi1 X12 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 30.04.2021-ci il tarixli 05/69-214 nömrəli arayışına əsasən Ərizəçi2 X30 ilə 01.06.1961-ci ildə rəsmi nikaha daxil olmuş və Ağayeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin 16.05.2021-ci il tarixli 503 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Münkünat Süleyman qızının adı X29, X4 adı X25, Ərizəçi3 adı Ərizəçi3 Ələmşah qızı, Ərizəçi4 adı Ərizəçi4 Ələmşah oğlu və Ərizəçi1 adı Ərizəçi1 Ələmşah oğlu kimi yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0361 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ağayev Mülkülət Ərizəçi2, X2 Mətləb Xasməmməd oğluna, Ərizəçi3 Ələmşah qızı Ərizəçi3, Ərizəçi4 Ələmşah oğlu Ərizəçi4 və Ərizəçi1 Ələmşah oğlu Ərizəçi1 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0361 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ağayev Mülkülət Ərizəçi2, X2 Mətləb Xasməmməd oğluna, Ərizəçi3 Ələmşah qızı Ərizəçi3, Ərizəçi4 Ələmşah oğlu Ərizəçi4 və Ərizəçi1 Ələmşah oğlu Ərizəçi1 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar