Məhkəmə qərarları › İş №2(036)-1427/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1427/2020

19.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1427/2020 19.05.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızının “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızı ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0124 nömrəli 90714018 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “x3” x4, “x7” x5, “x1” Ərizəçi2 kimi və “x2” Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 izahatında göstərdi ki, JN-0124, kod90714018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İmişli rayon AİK-nın 07 fevral 2001ci il tarixli 91 saylı qərarı ilə onlara 1.16 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında onların adlarının səhv yazılması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur.Sözü gedən dövlət aktına müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x19 müraciət edilmişlər, həmin ərazi idarəsində düzəlişlərin edilməsindən imtina edilmiş, 6 saylı x17 göstərilən məsələyə hər hansı köməklik etmək səlahiyyətinə malik olmadığı üçün müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmişlər. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızı ərizəni müdafiə edərək Ərizəçi2nın izahatında göstərilən xüsusatları eynilə təsdiq etdi və ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x19 məhkəmə iclasının vaxştı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşmateriallarında olan JN-0124 nömrəli 90714018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 07 fevral 2001-ci il tarixli 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.71 ha torpaq sahəsi x9, x13, x8, x14 və x6ümumi mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, ərizəçilər Ərizəçi2 və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızına aid sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdən və digər sənədlərində onların adları ilə dövlət aktında göstərilən adları düz gəlmir və dövlət aktında onların adları qeyd olunarkən yalnışlığa yol verilmişdir. Belə ki, iş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd x23 üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.10.2019-cu il tarixli 481 və 482 nömrəli arayışlara əsasən JN-0124 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktında Ərizəçi2nın adının “x13” kimi və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızının adının “x10” kimi göstərilməsi yalnışlıqdır, həmin dövlət aktına əsasən Ərizəçi2 və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızı torpaq sahəsinin paylı mülkiyyətçilərindəndir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0124 nömrəli 90714018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərindən Ərizəçi2nın adı “x13” kimi və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızının adı “x10” kimi qeyd olunmaqla yalnışlığa yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0124 nömrəli 90714018 kodlu Dövlət aktının ərizəçilər Ərizəçi2 və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızına aid edilməsi və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0124 nömrəli 90714018 kodlu Dövlət aktının ərizəçilər Ərizəçi2 və Cəfərova (Mirişova) Sülhiyyə Mirkazım qızına aid edilməsi və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar