Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1435/2023 06.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Dünyabəyim Zamınəli qızı, X1 (Kazımova) Pərvanə Rövşən qızı, X5 (Kazımova) Afaq Rövşən qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Sarxanlı kəndində yaşayır.Rayonda aparılan torpaq islahatı nəticəsində 1.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Dünyabəyim Zamınəli qızı, X1 (Kazımova) Pərvanə Rövşən qızı, X5 (Kazımova) Afaq Rövşən qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2004-cü il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Sarxanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.95 ha torpaq sahəsi Ərizəçi, X14, X17, X21, X22 və X11 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE0******* nömrəli AR X6 surətinə əsasən Ərizəçi xx.xx.1955-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE07980036 nömrəli AR X6 surətinə əsasən X9 xx.xx.1956-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE18012406 nömrəli AR X6 surətinə əsasən X15 xx.xx.1982-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA0047408 nömrəli AR X6 surətinə əsasən X23 xx.xx.1983-cü ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №083586 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Fariz Mehdixan oğlu ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuş və Şirxanova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №449947 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 Aqil Vaqif oğlu ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş və Muradova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Sarxanlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X4 adı X14, Şirxanova (Kazımova) Pərvanə Rövşən qızınun adı X17 qızı, Muradova (Kazımova) Afaq Rövşən qızının adı X10 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Dünyabəyim Zamınəli qızına, X1 (Kazımova) Pərvanə Rövşən qızına, X5 (Kazımova) Afaq Rövşən qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Dünyabəyim Zamınəli qızına, X17 qızı Şirxanova (Kazımova) Pərvanə Rövşən qızına, X5 (Kazımova) Afaq Rövşən qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1435/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1435/2023
06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver