Məhkəmə qərarları › İş №2(036)-1442/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1442/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1442/2022 01.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-303A nömrəli 90700118 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş «X2» Kərimova (Hüseynova) Aytən Şahin qızı kimi və «X4» Kərimova (Əhmədova) Lamiə Şahin qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına aqrar islahat zamanı kənd təsərrüfatı məhsullarının əkilməsi üçün pay torpaq sahəsi qeydiyyata alınmış və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-303A nömrəli 90700118 kodlu şəhadətnamə verilmişdir. Həmin şəhədətnamə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün göstərilməmişdir. Bu yalnışlığa görə onlar həmin hüquqmüəyyənedici sənəddən istifadə edə bilmirlər. Həmin şəhadətnaməni vermiş Aqrar İslahat Komissiyası və Torpaq şöbəsi ləğv edildiyindən qeyd olunan sənəddə buraxılmış açıq səhvlərin məhkəmədənkənar dəyişdirilməsi mümkün deyil. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi1, Ərizəçi2 ilə eyni məzmunlu izahat vərərək ərizəni müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-303A nömrəli 90700118 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,31 ha torpaq sahəsi X17, X13, X6, X10, X14 və X3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-303A nömrəli 90700118 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-303A nömrəli 90700118 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 907089 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X15 arasında nikah 17 fevral 2014-cü il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 95 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X7 “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 123786 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X16 arasında nikah 01 iyul 2016-cı il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 406 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli, 175 saylı arayışdan görünür ki, X9 İmişli rayon Aranlı kəndində Aqrar İslahat aparılan zaman ailə üzvlərinin tərkibi aşağıdakı kimi olmuşdur. X1, uşaqları Kərimova (Hüseynova) Aytən Şahin qızı, Kərimova (Əhmədova) Lamiə Şahin qızı, X18 və Kərimova (Əhmədova) Ülviyyə Şahin qızı idi. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-303A nömrəli 90700118 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi2 və Ərizəçi1 adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0086 nömrəli 90704018 kodlu şəhadətnamənin X17, X13, Kərimova (Hüseynova) Aytən Şahin qızı, Kərimova (Əhmədova) Lamiə Şahin qızı, X18 və X5 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0086 nömrəli 90704018 kodlu şəhadətnamənin X17, X13, Kərimova (Hüseynova) Aytən Şahin qızı, Kərimova (Əhmədova) Lamiə Şahin qızı, X18 və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 Kərimova (Hüseynova) Aytən Şahin qızı kimi və X4 Kərimova (Əhmədova) Lamiə Şahin qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar