Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1461/2022 23.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və ərizəçi X19 iştirakı ilə, ərizəçi X19 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X30 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-176 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X3 Sufeyin Əli oğlu, X1 Nuranə Sufeyin qızı, X4 Aygün Süfeyin qızı, X2 Nicat Sufeyin oğlu və X7 Püstə Sufeyin qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X30 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Bəcrəvan kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 4.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-176 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-176 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X3 Sufeyin Əli oğlu, X1 Nuranə Sufeyin qızı, X4 Aygün Süfeyin qızı, X2 Nicat Sufeyin oğlu və X7 Püstə Sufeyin qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-176 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 08.05.1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 4.59 ha torpaq sahəsi X35, X15, X20, X14, X23, , X28 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X10 surətinə əsasən Ərizəçi xx.xx.1983-cü ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 09935677 nömrəli AR X10 surətinə əsasən X24 20.12.1984-cü ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 17697421 nömrəli AR X10 surətinə əsasən X15 05.11.1961-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 17747360 nömrəli AR X10 surətinə əsasən X14 07.11.1982-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 15648673 nömrəli AR X10 surətinə əsasən X42 06.03.1989-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X10 surətinə əsasən Ərizəçi xx.xx.1983-cü ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 524068 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X5 Elgün Ələsgər oğlu ilə 08.09.2009-cu ildə rəsmi nikaha daxil olmuş və Əliyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 504141 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X6 Arzu Ənvər oğlu ilə 06.02.2010-cu ildə rəsmi nikaha daxil olmuş və Qarayeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Bəcrəvan kənd İƏD üzrə İN tərəfindən verilmiş 16.05.2022-ci il tarixli 86 saylı arayışına əsasən JN-176 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X30 adının X35, X9 adı X20, Ərizəçi adı X23, X13 adı X28 və X29 adı X8 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-176 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X3 Sufeyin Əli oğluna, X1 Nuranə Sufeyin qızına, X4 Aygün Süfeyin qızına, X2 Nicat Sufeyin oğluna və X7 Püstə Sufeyin qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-176 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X3 Sufeyin Əli oğluna, X1 Nuranə Sufeyin qızına, X4 Aygün Süfeyin qızına, X2 Nicat Sufeyin oğluna və X7 Püstə Sufeyin qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1461/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1461/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver