Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1493/2021 22.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-1334A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X1 Nərminə Qəhrəman qızı, X2 Qəhrəman Hümbət oğlu və Rüstəmov X11 Vidadi Yasəf oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli şəhərində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-1334A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-1334A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsində səhvən qeyd olunmuş adların düzəldilərək X1 Nərminə Qəhrəman qızı, X2 Qəhrəman Hümbət oğlu və Rüstəmov X11 Vidadi Yasəf oğlu kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişlər. İşdə olan JN-1334A saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 25.01.2006-cı il tarixli 01 saylı qərarı ilə İmişli şəhərində yerləşən planda sərhədləri göstərilmiş 0.05 ha torpaq sahəsi X8, X10, X6 və Ərizəçi2 Nəriman oğlunun ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X3 surətinə əsasən Ərizəçi1 xx.xx.1966-cı ildə İmişli şəhərində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi2 xx.xx.1994-cü ildə İmişli şəhərində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 714737 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 09.01.2015-ci il tarixdə vəfat etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-1334A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Nərminə Qəhrəman qızına, X2 Qəhrəman Hümbət oğluna və Rüstəmov X11 Vidadi Yasəf oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-1334A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Nərminə Qəhrəman qızına, X2 Qəhrəman Hümbət oğluna və Rüstəmov X11 Vidadi Yasəf oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1493/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1493/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver