Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1514/2024 14.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlu, İddiaçı Cavabdeh1 İntı̇ qam qızı, Ağayev Zamı̇ q İntı̇ qam oğlu, Ağayev Qədı̇ r İntı̇ qam oğlu, Cavabdeh4 İntı̇ qam qızı və İmı̇ şli regı̇ onal "Asan xı̇ dmət" mərkəzı̇ nin notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılmasına dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1 İntı̇ qam qızı, Ağayev Zamı̇ q İntı̇ qam oğlu, Ağayev Qədı̇ r İntı̇ qam oğlu, Cavabdeh4 İntı̇ qam qızı və İmı̇ şli regı̇ onal "Asan xı̇ dmət" mərkəzı̇ nin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 İmişli şəhəri, Muğan küçəsi 15 saylı ünvanda qalmış mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbul müddətinin uzadılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair məlumat; İddia ərizəsi ilə müəyyən olur ki, iddiaçının mərhum əri X1 İmişli şəhəri, Muğan küçəsi 15 saylı ünvanda yaşayış evi və torpaq sahəsi miras qalmışdır. İddiaçı tərəfindən miras qalmış evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etməsi və rədd cavabı alması barədə iddia ərizəsinə heç bir rəsmi sənəd və sübut əlavə edilməmişdir. Hesab edirəm ki, iddiaçı əvvəl miras qalmış evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etməli və rədd cavabı aldıqdan sonra məhkəməyə müraciət etməlidir. İş materialları ilə müəyyən olur ki, İddiaçı tərəfindən iddia üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında “Azərbaycan Respublikası Mərkəzi Bankı”-hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Ona görə də, iddia ərizəsi qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 İntı̇ qam qızı, Ağayev Zamı̇ q İntı̇ qam oğlu, Ağayev Qədı̇ r İntı̇ qam oğlu, Cavabdeh4 İntı̇ qam qızı və İmı̇ şli regı̇ onal "Asan xı̇ dmət" mərkəzı̇ nin notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında “Azərbaycan Respublikası Mərkəzi Bankı”-hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən İddiaçı qaytarılsın İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №2(036)-1514/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1514/2024
14.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver