Məhkəmə qərarları › İş №2(036)-1515/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1515/2024

01.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1515/2024 01.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı qızı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı – cavabdeh İmişli Regional “Asan Xidməti” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı – cavabdeh İmişli Regional “Asan Xidməti” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 qalmış mirasın onun tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəblərinin üzrlü hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, anası X7 xx.xx.2011-ci il tarixində vəfat etmişdir. O, vəsiyyətnamə qoymamışdır. Mərhum anasından İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində torpaq sahəsi miras qalmışdır. O, anasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X9 Xidmət mərkəzinin notariat ofisinə müraciət etmişdir. Ona bildirildi ki, müddət ötürüldüyündən məhkəməyə müraciət etməlidir. Onun əvvəldən notariusa müraciət etməməyinə üzürlü səbəb vardır. Belə ki, valideyini vəfat edən gündən ondan miras qalmış torpaqdan o, istifadə etmiş, yəni faktiki olaraq mirası qəbul etmiş və həmçinin hüquqi savadsızlıq üzündən hesab etmişdir ki, anası rəhmətə gedəndən sonra onun mirası onun adına keçir. Buna görə də notariusa ilk əvvəllər müraciət etməmişdir. Həmçinin qeyd edir ki, həmin əmlakın sənədləri də ondadır. Sonradan iddiaçının nümayəndəsi X4 iddia tələbini dəqiqləşdirərək, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən **********45 reyestr nömrəli daşınmaz əmlakın ½ hissəsinin qəbul edilməsinin gecikdirilməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilmsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh İmişli Regional “Asan Xidməti” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/69- 467 saylı 29 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X7 11 sentyabr 2011-ci ildə ağciyər durğunluğu xəstəliyi səbəbindən vəfat etmiş və bu barədə 11 sentyabr 2011-ci il tarixdə 446 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/69- 467 saylı 29 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X6 28 may 1994-cü ildə kəskin ürək qan-damar xəstəliyi səbəbindən vəfat etmiş və bu barədə 18 iyul 1994-cü il tarixdə 17 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ B № 148297 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş İddiaçı anası X7, atası X2r. İş materiallarında olan İmişli Regional “Asan Xidməti” Mərkəzinin Notariat Ofisinin 29 may 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 qalan miras əmlakına dair qanun üzrə vərəsəlik hüququ şəhadətnamə almaq istəməyi ilə bağlı İmişli Regional “Asan Xidməti” Mərkəzinin Notariat Ofisinə daxil olmuş yazılı müraciətə baxılmış və müəyyən edilmişdir ki, X3 bütün növ miras əmlakı bütünlüklə öz adına keçirmək istəmişdir. Lakin mövcud qanunvericiliyin tələblərinə əsasən miras əmlakın qəbul edilməsi ilə bağlı 6 (altı) aylıq müddəti ötürmüşdür. Odur ki, müddətinin bərpası ilə əlaqədar İmişli Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur; İş materiallarında olan İmişli Regional “Asan Xidməti” Mərkəzinin Notariat Ofisinin 16 avqust 2024-cü il tarixli məktubundan görünür ki, 2(036)-1515/2024 saylı xx.xx.2024-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, xx.xx.2005-ci il tarixli, 2V-09 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ya vəsiyyətnamə dövlət notariat arxivinə təhvil verilmişdir. Həmin notariat işinin təsdiq olunmuş surətinin əldə edilməsi ilə bağlı dövlət notariat arxivinə müraciət edilməsi tövsiyə olunmuşdur; İş materiallarında olan AR ƏMDK yanında DMDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, X1 və X5 İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,6541 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyətinin Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 25 saylı arayışından görünür ki, mərhum X5 adına olan 0,6541 ha pay torpaq sahəsini X5 vəfatından sonra oğlu İddiaçı əkib becərmişdir; İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı anası X7 10 sentyabr 2011-ci ildə vəfat etmiş, ondan qalmış mirası qəbul etmək üçün vərəsə olaraq ərazi üzrə İmişli Regional “Asan Xidməti” Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, lakin müddət ötürüldüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum anası X5 10 sentyabr 2011-ci il tarixdə vəfat etməsindən sonra ondan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının iddiaçıdan asılı olmayan səbəblərdən baş verməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə İddiaçı tərəfindən onun mərhum anası X3 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş 6 aylıq müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin uzadılmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin xx.xx.2023cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki mübahisə xx.xx.2023-cü il tarixə qədər yarandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi tətbiq edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən **********45 reyestr nömrəli daşınmaz əmlakın ½ hissəsinin qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilməli və miras əmlakın qəbul edilməsi müddəti uzadılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı tərəfindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən **********45 reyestr nömrəli daşınmaz əmlakın ½ hissəsinin qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilsin və miras əmlakın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar