Məhkəmə qərarları › İş №2(036)-1529/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1529/2021

12.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1529/2021 12.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikintinin sökülməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli-Bəhrəmtəpə avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində (Biləsuvar dairəsi yaxınlığında) 35000 kv.luq elektrik xəttinin altında və avtomobil yolunun mühafizə zolağında qanuni icazə olmadan və ona aid olmayan torpaq sahəsində inşa etdiyi dəmir konstruksiyalı 9,0 kv.m özbaşına tikintinin Cavabdeh tərəfindən öz hesabına sökülüb həmin ərazidən götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu ərazisində şəhərsalma qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək məqsədilə İddiaçı mütəxəssisləri tərəfindən monitorinq keçirilən zaman aydın olmuşdur ki, İmişli rayonunun Xubyarlı kənd sakini Cavabdeh İmişli-Bəhrəmtəpə avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində (Biləsuvar dairəsi yaxınlığında) qanunla müəyyən edilmiş müvafiq icazələri almadan 35000 kv.luq elektrik xəttinin altında və avtomobil yolunun mühafizə zolağında torpaq sahəsinin ona aid olması barədə hər hansı sənədi olmadan dəmir konstruksiyalı 9,0 kv.m sahəsi olan ət satışı mağazası inşa etmişdir. Bununla bağlı İddiaçı əməkdaşları. Məzrəli bələdiyyəsinin sədri və Regional Enerji idarəsinin nümayəndələrinin iştirakı ilə tikintinin qanunsuz olması ilə bağlı yerində akt tərtib edilmişdir. Həmin tikintinin qanunsuz olması və buna görə də oradan götürülməsi ilə bağlı Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, qeyd edilən özbaşına tikinitinin oradan sökülüb götürülməsini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələrində təsbit olunmuş ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə əsasında həyata keçirilməsi mülki məhkəmə icraatının təminatlarından biridir. Mülki məhkəmə icraatında prosessual bərabərlik digər şərtlərlə yanaşı, tərəflərin eyni imkanlara malik olmalarını da nəzərdə tutur. Buna görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi möhkəmləndirilərək, məhkəmənin üzərinə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoyulur (9.1 və 14.1-ci maddələr). İş materiallarında olan Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 18 dekabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İmişli rayon Xubyarlı Bələdiyyəsinin 17 dekabr 2003-cü il tarixli, 20 saylı qərarına əsasən Cavabdeh Bəhrəmtəpə- Bakı yolunun Xubyarlı kəndi ərazisinə düşən hissəsinin sağ tərəfindən ticarət məqsədi üçün 124 kv.m torpaq sahəsi satılmışdır. İşdə olan İddiaçı Başçısının 29 dekabr 2007-ci il tarixli, 435 nömrəli Sərəncamının surətindən görünür ki, Cavabdeh İmişli rayonunun Xubyarlı kəndi ərazisindəki Bələdiyyə mülkiyyətindən ayrılmış 124 kv.m torpaq sahəsində tikintiyə icazə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh Bəhrəmtəpə-Bakı yolunun Xubyarlı kəndi ərazisinə düşən hissəsinin sağ tərəfindən ticarət məqsədi üçün 124 kv.m torpaq sahəsi satılmış və həmin ərazidə tikintiki aparmasına icazə verilmişdir. Lakin o, İmişli-Bəhrəmtəpə avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində (Biləsuvar dairəsi yaxınlığında) 35000 kv.luq elektrik xəttinin altında və avtomobil yolunun mühafizə zolağında qanuni icazə olmadan və ona aid olmayan torpaq sahəsində dəmir konstruksiyalı 9,0 kv.m ölçüdə özbaşına tikinti inşa etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İmişli- Bəhrəmtəpə avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində (Biləsuvar dairəsi yaxınlığında) 35000 kv.luq elektrik xəttinin altında və avtomobil yolunun mühafizə zolağında qanuni icazə olmadan Cavabdeh tərəfindən inşa edilmiş dəmir konstruksiyalı 9,0 kv.m özbaşına tikinti Cavabdeh öz hesabına sökülməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İmişli-Bəhrəmtəpə avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində (Biləsuvar dairəsi yaxınlığında) 35000 kv.luq elektrik xəttinin altında və avtomobil yolunun mühafizə zolağında qanuni icazə olmadan Cavabdeh tərəfindən inşa edilmiş dəmir konstruksiyalı 9,0 kv.m özbaşına tikinti Cavabdeh öz hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar