Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-153/2022 19.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarları ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-003A nömrəli 90712018 kodlu və JN-003B nömrəli 90712018 kodlu şəhadətnamələrdə səhvən qeyd olunmuş “X2” Ərizəçi kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarları ilə “Torpağa mülkiyyət hüququna dair” JN-003A nömrəli 90712018 kodlu və JN-003B nömrəli 90712018 kodlu Dövlət aktları verilmişdir. Dövlət aktlarında texniki səhv olaraq onun ata adı Alış əvəzinə Alşan, soyadı isə Quliyeva əvəzinə Əzimova kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. X6 Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-003A nömrəli 90712018 kodlu və JN-003B nömrəli 90712018 kodlu şəhadətnamələrin surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarları ilə planda sərhədləri göstərilmiş 0.80 ha və 0.32 ha torpaq sahələri X13, X7, X11, X14, X15 və X8, X16 və X3 ümumi mülkiyyətinə verilmişdir. İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 05/69-422, 14 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, X12 xx xxxxxx 1973cü ildə İmişli rayonu, Mürsəlli kəndində anadan olmuş, “atası” X10 və “anası” X4 qeyd edilmiş, bu barədə akt qeydləri kitabında 94 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-003A nömrəli 90712018 kodlu və JN-003B nömrəli 90712018 kodlu şəhadətnamələrdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 05/69-375, 11 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X15 ilə X12 arasında 10 sentyabr 1993-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 17 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-003A nömrəli 90712018 kodlu və JN-003B nömrəli 90712018 kodlu şəhadətnamələrdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-003A nömrəli 90712018 kodlu və JN-003B nömrəli 90712018 kodlu şəhadətnamələrdə torpaq mülkiyyətçilərinin adları X13, X7, X11, X14, X15 və Ərizəçi, X16 və X1 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-003A nömrəli 90712018 kodlu və JN-003B nömrəli 90712018 kodlu şəhadətnamələrin X13, X7, X11, X14, X15 və Ərizəçi, X16 və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 Ərizəçi kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-153/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-153/2022
19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver