Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1536/2021 06.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 saylı dövlət aktında səhvən yazılmış “Ərizəçi1 Şahverdi qızının” Ərizəçi1, “X3” Ərizəçi2 və “X9” X4 oxunaraq, həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvləri: X15, Ərizəçi2, X16, X17, X10, X21, X13, X22, X23, X24, X27, X25, X11, X18 və X12 aqrar islahatı zamanı İmişli rayon Məzrəli kəndində 5,73 hektar pay torpaq sahəsi qeydiyyata alınmış və “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 saylı Dövlət aktı verilmişdir. X15 və X14 vəfat etmişdir. Dövlət aktında texniki səhv olaraq Ərizəçi1 Ərizəçi1 Şahverdi qızı kimi, Ərizəçi2 X1 və X2 Camal Sahib oğlu kimi yazılmışdır. Sənəddə buraxılan səhvlər ərizəçilərin və onların ailə üzvlərinin həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur və sənəddən istifadə edə bilmələri üçün həmin səhvlər düzəldilməlidir. Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Ona görə də, baxılan iş üzrə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 da eyni məzmunlu ifadə verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 saylı Dövlət aktına əsasən İmişli rayon AİK-nin 20 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 5.73 hektar torpaq sahəsi X15, X7, X16, X17, X10, X21, X13, X22, X23, X24, X27, X25, X11, X18, X26 və Ərizəçi1 Şahverdi qızının ümumi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi1 Şahverdi qızının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarından olan 05 may 2021-ci il tarixli, 671 saylı İmişli rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi1 adı Ərizəçi1 Şahverdi qızı kimi qeyd olunmuşdur. Torpaq islahatı gedən zaman İmişli rayonu Məzrəli kəndində belə bir adam olmayıb və yaşamayıb. Əslində həmin torpaq sənətində onun adı, soyadı və ata adı Ərizəçi1 kimi yazılmalı idi. İş materiallarından olan 05 may 2021-ci il tarixli, 673 saylı İmişli rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi2 adı X1 qeyd olunmuşdur. Torpaq islahatı gedən zaman İmişli rayonu Məzrəli kəndində belə bir adam olmayıb və yaşamayıb. Əslində həmin torpaq sənətində onun adı, soyadı və ata adı Ərizəçi2 kimi yazılmalı idi. İş materiallarından olan 24 may 2021-ci il tarixli, 715 saylı İmişli rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı X5 qeyd olunmuşdur. Torpaq islahatı gedən zaman İmişli rayonu Məzrəli kəndində belə bir adam olmayıb və yaşamayıb. Əslində həmin torpaq sənətində onun adı, soyadı və ata adı X4 yazılmalı idi. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 saylı Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı, soyadı və ata adı düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-0264 kodlu, 90710005 saylı dövlət aktının ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0264 kodlu, 90710005 saylı dövlət aktının X15, Ərizəçi2, X16, X17, X10, X21, X13, X22, X23, X24, X27, X25, X11, X18, X14 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi1 Şahverdi qızının Ərizəçi1, X3 Ərizəçi2, X9 X4 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1536/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1536/2021
06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver