Məhkəmə qərarları › İş №2(036)-154/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-154/2023

18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-154/2023 18.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-078B saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Ərizəçi Ağabba qızı Ərizəçi, X2 Zeynab Asif qızı və X1 Zeynab Rəşid qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Mirili kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.32 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN- 145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JN-078B saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur. Ona görə də, ərizə verib JN-078B saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Ərizəçi Ağabba qızı Ərizəçi, X2 Zeynab Asif qızı və X1 Zeynab Rəşid qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-078B saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin qərarı ilə İmişli rayonunun Mirili kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.32 ha torpaq sahəsi X10, X16, Ərizəçi Ağabba qızı, X15 və X6 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 15 may 1998-ci il tarixli 06 saylı qərarı ilə İmişli rayonu, Mirili kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.17 ha torpaq sahəsi X10, X16, Ərizəçi Ağabba qızı, X15 və X6 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan AZE 0******* nömrəli AR X4 surətinə əsasən Ərizəçi xx.xx.1971-ci ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. İşdə olan AZE 13084242 nömrəli AR X4 surətinə əsasən X14 xx.xx.1996-cı ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-441 nömrəli arayışına əsasən X11 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XİXİ-JQ № 421287 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.1996-cı ildə İmişli rayonunda anadan olmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-078B saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Ərizəçi Ağabba qızı Ərizəçi, X2 Zeynab Asif qızına və X1 Zeynab Rəşid qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-078B saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Ərizəçi Ağabba qızı Ərizəçi, X2 Zeynab Asif qızına və X1 Zeynab Rəşid qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar