Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-155/2023 18.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0319 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 (İmnova) Mahirə İbrəhim qızı, İmanov X13 Bəxtiyar İbrəhim oğlu, X5 Səfyar İbrahim oğlu, X1 (İmanova) Əfsanə Səfyar qızı, X6 Mafara Abbas qızı və X3 İbrəhim Cahangir oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Şahverdili kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 3.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0319 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0319 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 (İmnova) Mahirə İbrəhim qızı, İmanov X13 Bəxtiyar İbrəhim oğlu, X5 Səfyar İbrahim oğlu, X1 (İmanova) Əfsanə Səfyar qızı, X6 Mafara Abbas qızı və X3 İbrəhim Cahangir oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0319 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2004-cü il tarixli 10 saylı qərarı ilə İmişli rayonunun Şahverdili kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.78 ha torpaq sahəsi X15, X28, X21, X22, Ərizəçi2 İbrahim oğlu, Ərizəçi2 İbrahim oğlu, X24, X29 və X10 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 07980377 nömrəli AR X7 surətinə əsasən X29 xx.xx.1953-cü ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE 14739483 nömrəli AR X7 surətinə əsasən X24 xx.xx.1979-cu ildə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi3 xx.xx.1975-ci ildə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi1 xx.xx.1973-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi2 xx.xx.1976-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi4 xx.xx.1996-cı ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ 574293 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Təyyub Məhəmməd oğlu ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş və Cəfərova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 042212 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X27 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 230254 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0319 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 (İmnova) Mahirə İbrəhim qızına, Ərizəçi2 İbrahim oğlu Ərizəçi2, X5 Səfyar İbrahim oğluna, X1 (İmanova) Əfsanə Səfyar qızına, X6 Mafara Abbas qızına və X3 İbrəhim Cahangir oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0319 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 (İmnova) Mahirə İbrəhim qızına, Ərizəçi2 İbrahim oğlu Ərizəçi2, X5 Səfyar İbrahim oğluna, X1 (İmanova) Əfsanə Səfyar qızına, X6 Mafara Abbas qızına və X3 İbrəhim Cahangir oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-155/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-155/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver