Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1550/2023 22.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçinın hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0401 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X3 Fətəli Abasqulu oğlu, X4 Tutayı Usub qızı, X1 Reyhan Hüseyinbaba qızı, X7 Nəsibə Fətəli qızı, X5 Vüsalə Fətəli qızı, X10 Rahim Fətəli oğlu, X6 Alidə Vilayət qızı, X11 Rəşad Rahim oğlu, X2 Mehriban Rahim qızı, X8 Fərahim Rahim oğlu, X9 Elnarə Fətəli qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qızılkənd kəndində yaşayır.Rayonda aparılan torpaq islahatı nəticəsində 5.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0401 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-0401 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X3 Fətəli Abasqulu oğlu, X4 Tutayı Usub qızı, X1 Reyhan Hüseyinbaba qızı, X7 Nəsibə Fətəli qızı, X5 Vüsalə Fətəli qızı, X10 Rahim Fətəli oğlu, X6 Alidə Vilayət qızı, X11 Rəşad Rahim oğlu, X2 Mehriban Rahim qızı, X8 Fərahim Rahim oğlu, X9 Elnarə Fətəli qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0401 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə İmişli rayonunun Qızılkənd kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.51 ha torpaq sahəsi X34, X46, X19, X47, X48, X67, X50, X71, X36, X58 və X27 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE15187726 nömrəli AR X13 surətinə əsasən X66 xx.xx.1978-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA******* nömrəli AR X13 surətinə əsasən Ərizəçi xx.xx.1986-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE17695825 nömrəli AR X13 surətinə əsasən X51 xx.xx.1965-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA3767972 nömrəli AR X13 surətinə əsasən X62 xx.xx.1987-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin №3-16-5/69-226 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X65 xx.xx.1998-ci ildə vəfat etmişdir. İşdə olan Seriya AZE17037589 nömrəli AR X13 surətinə əsasən X59 xx.xx.1992-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE15187726 nömrəli AR X13 surətinə əsasən X66 xx.xx.1978-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ №201976 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X68 xx.xx.2021-ci ildə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ №042265 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2019-cu ildə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin №3-16-5/69-226 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X35 xx.xx.2008-ci ildə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Qızılkənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 318 nömrəli arayışına əsasən JN-0401 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X20 adı X34, X38 adı X46, X69 adı X19, X39 adı X47, X23 adı X48, X40 adı X15, X24 adı X50, Ərizəçi adı X71, X21 adı X36, X28 adı X58, X29 adı X17 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0401 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X3 Fətəli Abasqulu oğluna, X4 Tutayı Usub qızına, X1 Reyhan Hüseyinbaba qızına, X7 Nəsibə Fətəli qızına, X5 Vüsalə Fətəli qızına, X10 Rahim Fətəli oğluna, X6 Alidə Vilayət qızına, X11 Rəşad Rahim oğluna, X2 Mehriban Rahim qızına, X8 Fərahim Rahim oğluna, X9 Elnarə Fətəli qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0401 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X3 Fətəli Abasqulu oğluna, X4 Tutayı Usub qızına, X1 Reyhan Hüseyinbaba qızına, X7 Nəsibə Fətəli qızına, X5 Vüsalə Fətəli qızına, X10 Rahim Fətəli oğluna, X6 Alidə Vilayət qızına, X11 Rəşad Rahim oğluna, X2 Mehriban Rahim qızına, X8 Fərahim Rahim oğluna, X9 Elnarə Fətəli qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1550/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1550/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver