Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1585/2023 10.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X3, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və işin icraatı dayandırılmışdır. Ərizəçi xx.xx.20232-cü il tarixdə məhkəməyə vəsatət verərək ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, vəsatət qanuni və əsaslı olduğu üçün təmin edilərək ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, Ərizəçi tərəfindən iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, 6386 nömrəli qəbz, GPP ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi şəxsin qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizə üzrə xx.xx.2023-cü il tarixli, 6386 nömrəli qəbz, GPP ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №2(036)-1585/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1585/2023
10.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver