Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1589/2022 14.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0022 nömrəli KOD 90716028 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «X5» şəxsiyyət vəsiqəsində olduğu kim Təhməzova (Məmmədova) Məlahət Eyvaz qızı və «X8» adının şəxsiyyət vəsiqəsində olduğu kimi Təhməzova (Məhərrəmova) Aynurə Eyvaz qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli, 05 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0022 nömrəli KOD 90716028 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq Təhməzova (Məmmədova) Məlahət Eyvaz qızı «X12» kimi və Təhməzova (Məhərrəmova) Aynurə Eyvaz qızı «X19» kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-0022 nömrəli KOD 90716028 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 21 may 2004-cü il tarixli, 05 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 4,52 ha torpaq sahəsi Ərizəçi, X6, X12, X13, X19, X17 və X3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 17708001 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0022 nömrəli KOD 90716028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZE 15686611 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0022 nömrəli KOD 90716028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan İİ-AZ 038404 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X15 arasında nikah 07 yanvar 2003-cü il tarixdə Füzuli rayon VVADQ şöbəsində bağlanmış və həmin nikah 06 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X7 “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 113744 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X18 arasında nikah 16 sentyabr 2008-ci il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 112 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X11 “Məhərrəmova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0022 nömrəli KOD 90716028 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0022 nömrəli KOD 90716028 saylı Dövlət Aktının Ərizəçi, X6, Təhməzova (Məmmədova) Məlahət Eyvaz, X13, Təhməzova (Məhərrəmova) Aynurə Eyvaz qızı, X17 və X4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0022 nömrəli KOD 90716028 saylı Dövlət Aktının Ərizəçi, X6, Təhməzova (Məmmədova) Məlahət Eyvaz, X13, Təhməzova (Məhərrəmova) Aynurə Eyvaz qızı, X17 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 Təhməzova (Məmmədova) Məlahət Eyvaz qızı kimi və X8 Təhməzova (Məhərrəmova) Aynurə Eyvaz qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1589/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1589/2022
14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver