Məhkəmə qərarları › İş №2(036)-160/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-160/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-160/2023 01.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0204 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X26 Ərizəçi2, X22 Ərizəçi3, Nəsirova Ərizəçi4 (Cəfərova) Xavər Səfər qızı, X3 Yasəmən Surxay qızı və X1 (Cəfərova) Asnayı Səfər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qaragüvəndikli kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 7.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0204 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0204 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X26 Ərizəçi2, X22 Ərizəçi3, Nəsirova Ərizəçi4 (Cəfərova) Xavər Səfər qızı, X3 Yasəmən Surxay qızı və X1 (Cəfərova) Asnayı Səfər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0204 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən planda sərhədləri göstərilmiş 7.16 ha torpaq sahəsi Ərizəçi1, X17, X15, X22, X26, X23 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X5 surətinə əsasən Ərizəçi2 xx.xx.1989-cu ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi3 xx.xx.1984-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi4 xx.xx.1993-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 15833705 nömrəli AR X5 surətinə əsasən X16 xx.xx.1964-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İşdə olan Seriya AZE 18331116 nömrəli AR X5 surətinə əsasən X13 xx.xx.1993-cü ildə İmişli rayonunun Qaragüvəndikli anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 147053 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Seymur İlqar oğlu ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş və Dostuyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 960828 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X2 Mirqabil Miryusif oğlu ildə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş və Mirqurbanlı soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Qaragüvəndikli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 195 nömrəli arayışda göstərilmişdir ki, JN-0204 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi2 adı X26, Ərizəçi3 adı X22, Dostuyeva (Cəfərova) Xavər Səfər qızının adı X23, X8 adı X15 və Mirqurbanlı (Cəfərova) Asnayı Səfər qızının adı X7 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0204 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X26 Ərizəçi2, X22 Ərizəçi3, Nəsirova Ərizəçi4 (Cəfərova) Xavər Səfər qızına, X3 Yasəmən Surxay qızına və X1 (Cəfərova) Asnayı Səfər qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0204 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X26 Ərizəçi2, X22 Ərizəçi3, Nəsirova Ərizəçi4 (Cəfərova) Xavər Səfər qızına, X3 Yasəmən Surxay qızına və X1 (Cəfərova) Asnayı Səfər qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar