Məhkəmə qərarları › İş №2(036)-1603/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1603/2022

25.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1603/2022 25.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin Salyan Regional Qİİ-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə qarşı «Təbii qazdan istifadə qaydasının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə qarşı «Təbii qazdan istifadə qaydasının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ona məxsus olan İmişli şəh, Meiarator qəsəbəsi, bina 4, mənzil 3-də yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə olunmasına görə X4 İstismarı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ona məxsus olan İmişli şəh, Meiarator qəsəbəsi, bina 4, mənzil 3-də yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin yaşayış sahəsini təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayğac qaz sərfiyyatının dövrü olaraq hesablanmasını operativ şəkildə həyata keçirtməkdən ötrü evdən kənarda bərkidilmiş və qaz sərfiyyatını qeydə alan göstərici rəqəmdəki dəyişilmənin müşahidəsi qaz paylayıcısı nəzarətçilərinə həvalə edilmişdir. Qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarına yol verilməmiş və sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Cavabdeh İB Salyan Regional Qİİ-nin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2020-ci il tarixli ******* saylı aktın tərtib edilməsi barədə onun məlumatı olmamış və aktın surətini almamışdır. Ona görə də, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə iddia qaldırmışdır. Cavabdeh İB-nin Salyan Regional Qİİ-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İB Salyan Regional Qİİ-nin yoxlayıcıları tərəfindən qazdan istifadə qaydalarına olunmasına nəzarət həyata keçirilərkən İddiaçı yaşadığı İmişli şəh, Meiarator qəsəbəsi, bina 4, mənzil 3-də quraşdırılmış sayğacın (zavod nömrəsi: ********) hesablayıcı mexanizminin plastmas qapağının yan tərəfdən iz olması və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması faktı aşkar edilmiş və sayğac şəbəkədən ayrılaraq yenisi ilə əvəz edilmişdir. Bundan sonra qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halının aşkar edilməsi barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və abonent İddiaçı (Abonent kodu: **********40020) ilə qaz işlədicilərinin qış aylarında iş rejimində müvafiq olaraq 90 müddətinə yenidən hesablaşma aparılaraq 2160 kub/m sərfiyyat hesablanmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2020-ci il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı İmişli şəh, Meiarator qəsəbəsi, bina 4, mənzil 3-də quraşdırılmış sayğac (Abonent kodu: **********40020; Sayğacın zavod nömrəsi: ********) hesablayıcı mexanizminin plastmas qapağının yan tərəfdən iz olması və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmiş, abonentə öz hesabına yeni sayğac quraşdırılması qərara alınmış və qazişlədici qurğulara uyğun dəymiş maddi ziyan hesablanmışdır. İşdə olan Cavabdeh İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən abonent İddiaçı (abonent kodu: **********40020) istifadəsində olan qaz işlədicilərinin qış aylarındakı orta günlük iş rejimində müvafiq olaraq 90 gün müddətində qaz sərfiyyatı ölçülərək 2160 kub/m hesablanmışdır. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının ( hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə AR Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı İmişli şəh, Meiarator qəsəbəsi, bina 4, mənzil 3-də qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentlərin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2020-ci il tarixli ******* saylı akt özü-özlüyündə etibarsız olduğundan abonent İddiaçı ilə həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Digər tərəfdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda 10 avqust 2020-ci il tarixli ******* saylı akt əsasında hesabatın 90 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Ona görə də, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2020-ci il tarixli ******* saylı akt (abonent kodu: **********40020) etibarsız hesab edilməli, həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş debitor borc silinməli və sayğacın dəyərinin abonentin hesabına ödənilməsi barədə qaz paylayıcısının tələbi əsassız hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən İddiaçı abonent (abonent kodu: **********40020) hesabına əlavə edilmiş debitor borc silinsin. Cavabdeh İB Salyan Regional Qİİ-nin hesabından 20 (iyirmi) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar