Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1607/2020 08.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-489 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adın düzəldilərək X2 Nailə Allahverdi qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Əliqulular kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 3.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-489 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərindən X1 Nailə Süleyman qızı kimi qeyd olunmuşdur. Ona görə də, ərizə verib JN-489 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X10 adının X5 aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-489 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.49 ha torpaq sahəsi Gözəlov Əli Süleyman oğlu, X10, Ərizəçi, Gözəlov Amil Əli oğlu və Gözəlov Ramil Əli oğlunun ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 702424 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.1964-cü ildə İmişli rayonununda anadan olmuşdur. İşdə olan AZ-İ № 998436 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 149 saylı arayışına əsasən JN-489 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X4 adı texniki səhv olaraq X6 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-489 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Nailə Allahverdi qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-489 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Nailə Allahverdi qızına aid edilsin və həmin sənədin müvafiq olaraq ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakimi: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1607/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1607/2020
08.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver