Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1608/2023 05.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X2 katibliyivə Ərizəçi İsmeli qızının (X5) nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İsmeli qızının ( X3) hüqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İsmeli qızı( X5) hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayonu Lenin adına kolxozun 1986-cı ilin hesablaşma kitablarında qeyd olunmuş Nəsirova Şəfaət adının X4 ( Ərizəçi İsmeli qızına ) aid edilməsi faktının müəyyən edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İsmeli qızının ( X5) nümayəndəsi Nümayəndə göstərmişdir ki, X5 xx.xx.1968-ci ildə İmişli rayonu Aranlı kəndində anadan olmuş və xx.xx.1986-cı il tarixdə Aranlı və Hacırüstəmli kəndləri ərazisində təşkil edilmiş Lenin adına kolxoza üzv qəbul olunaraq xx.xx.1989-cu ilədək həmin kolxozda sıravi kolxozçu kimi işləmişdir. Hacırüstəmli kəndi ərazisində əlahiddə Yeni Həyat kolxozu təşkil edildikdən sonra X5 xx.xx.1989-cu il tarixində Lenin adına kolxozdan çıxmış və xx.xx.1989-cu il tarixdə Yeni Həyat kolxozuna üzv qəbul olunaraq xx.xx.1989-cu ilədək həmin təsərrüfatda işləmişdir. X3 1986-1989-cu illərdə Lenin adına kolxozda və Yeni Həyat kolxozundakı iş illəri, əmək göstəriciləri və aldığı əmək haqqı barədə bütün məlumatlar adına açılmış əmək kitabçasında qeyd olunmuşdur. xx.xx.1998-ci il tarixdə X1 Respublikası vətəndaşı X9 evlənərək həmin ölkəyə köçmüş və əmək fəaliyyətini davam etdirmişdir. İmişli rayonu Lenin adına kolxozun 1986-cı ilin son hesablaşma kitablarında X3 adı Nəsirova Şəfaət kimi göstərilməsi səbəbindən pensiya hüququ məhdudlaşdığından həmin kolxozun 1986-cı ilin son hesablaşma kitablarında qeyd olunmuş Nəsirova Şəfaət adının X4 ( Ərizəçi İsmeli qızına ) aid edilməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan **********4 nömrəli RC Kimlik Kartının surətinə əsasən xx.xx.1968-ci il tarixdə anadan olmuş Ərizəçi A09E46378 nömrəsi ilə fərdiləşdirilmişdir. İşdə olan Seri:F 01 137613 №-li məlumat vərəqinə əsasən xx.xx.1998-ci il tarixdə X1 Respublikası vətəndaşı X9 evlənərək Kılıç soyadını qəbul etmişdir. İşdə olan AZE ******* nömrəli Əmək kitabçasının surətinə əsasən xx.xx.1968-ci il təvəllüdlü X5 xx.xx.1986-xx.xx.1989-cı illərdə İmişli rayonu Lenin adına kolxozda kolxozçu və xx.xx.1989xx.xx.1989-cu illərdə İmişli rayonu Yeni Həyat kolxozunda kolxozçu işləmişdir. Onun həmin təsərrüfatlarda hər iş ili üzrə əmək göstəriciləri olmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivindən verilmiş 13 aprel 2023-cü il tarixli 3-48-22 RA/2- 26/2023 saylı arayışda göstərilmişdir ki, X3 adı İmişli rayonu keçmiş Lenin adına kolxozun 1986-cı ilin son hesablaşma kitablarında Şəfaət kimi yazılmış,1987-ci ilin hesablaşma kitablarında isə əmək göstəricisi olduğu halda texniki səhvə yol verilərək göstərilməmişdir. İşdə olan İmişli rayon Dövlət Arxivindən verilmiş İmişli rayonu Lenin adına kolxozun 1986-cı ilin son hesablaşma kitablarından Çıxarışa əsasən Nəsirova Şəfaət adlı kolxozçu üçün 1986-cı il üzrə 136 saat iş günü və 730 manat əmək haqqı yazılmışdır. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X5 xx.xx.1986xx.xx.1989-cı illərdə İmişli rayonu Lenin adına kolxozda işləmiş və onun həmin təsərrüfatda hər iş ili üzrə əmək göstəriciləri olmuşdur. X3 adı İmişli rayonu Lenin adına kolxozun 1986-cı ilin son hesablaşma kitablarında səhvən Nəsirova Şəfaət kimi qeyd olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, İmişli rayon Dövlət Arxivindən verilmiş İmişli rayonu Lenin adına kolxozun 1986-cı ilin son hesablaşma kitablarında qeyd olunmuş Nəsirova Şəfaət adının X4 ( Ərizəçi İsmeli qızına ) aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin olunsun. İmişli rayon Dövlət Arxivindən verilmiş İmişli rayonu Lenin adına kolxozun 1986-cı ilin son hesablaşma kitablarında qeyd olunmuş Nəsirova Şəfaət adının X4 ( Ərizəçi İsmeli qızına ) aid edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1608/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1608/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver