Məhkəmə qərarları › İş №2(036)-1622/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1622/2021

20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1622/2021 20.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Ayhan Elnur oğlunun katibliyi, Ərizəçilər X2, X5, X4, Ərizəçi4, Ərizəçi5 Feyru qızının və Cəfərova (Bəyalıyeva) Səyyarə Feyruz qızının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçilər X2, X5, X4, Ərizəçi4, Ərizəçi5 Feyru qızının və Cəfərova (Bəyalıyeva) Səyyarə Feyruz qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər X6, X9, X7, Ərizəçi4, Ərizəçi5 Feyruz qızı və Cəfərova (Bəyalıyeva) Səyyarə Feyruz qızı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər X2, X5, X4, Ərizəçi4, Ərizəçi5 Feyru qızının və Cəfərova (Bəyalıyeva) Səyyarə Feyruz qızının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını, eləcə də, ərizəçi tərəfin ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, ərizəçi tərəf ərizənin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etdiyi, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər X2, X5, X4, Ərizəçi4, Ərizəçi5 Feyru qızının və Cəfərova (Bəyalıyeva) Səyyarə Feyruz qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlansın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçi tərəfə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar