Məhkəmə qərarları › İş №2(036)-1641/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1641/2021

08.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1641/2021 08.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında qaz sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında qaz sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı irəli sürülmüş “aktın etibarsız hesab edilməsi və akt əsasında qaz sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinin İddiaçı tərəfindən imzalanmadığı və səlahiyyəti olmayan başqa şəxs tərəfindən imzalandığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı irəli sürülmüş “aktın etibarsız hesab edilməsi və akt əsasında qaz sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinin İddiaçı tərəfindən deyil, səlahiyyəti olmayan başqa şəxs tərəfindən imzalandığı üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında qaz sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar