Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1650/2022 14.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçı X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və debitor borcun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək mərhum İddiaçı barəsində tərtib edilmiş 07 iyul 2020-ci il tarixli, 187951 saylı və 16 noyabr 2020-ci il tarixli, 201736 saylı aktların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonunun Mirili kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İşıq sayğacı mərhum atası İddiaçı adına olmuşdur. Atası xx.xx.2021-ci il tarixdə vəfat etmiş, hazırda həmin evdə o yaşayır. Mərhum İddiaçı təsərrüfatını o idarə edir və kommunal xərclər onun tərəfindən qarşılanır. Lakin, 16 noyabr 2020-ci il və 07 iyul 2020-ci il tarixlərdə “Azərişıq“ ASC X8 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən onun yaşayış evinə sayğaca baxış keçirilmiş guya məlum olmuşdur ki, sayğacdan kənar xətt vasitəsilə X3 edilmiş və cərimə hesablanmışdır. Qeyd olunan aktlar onların iştirakı olmadan tərtib olunmuşdur. O, aktlarla razılaşmır. Ona görə də mərhum İddiaçı barəsində tərtib edilmiş 07 iyul 2020-ci il tarixli, 187951 saylı və 16 noyabr 2020-ci il tarixli, 201736 saylı aktların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı evində 07 iyul 2020-ci il və 16 noyabr 2020-ci il tarixlərdə X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmiş və X3yə görə İddiaçı əlavə sərfiyyat yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş EEİQ-nın 8.32-ci bəndi rəhbər tutularaq və fakta istinad olunaraq 07 iyul 2020-ci il tarixli, 187951 saylı və 16 noyabr 2020-ci il tarixli, 201736 saylı aktlar tərtib edilmişdir. Bu da «X3 Qaydalarının» (EEİQ) 8.32-ci bəndinin istehlakçı tərəfindən pozulması deməkdir. İddiaçının müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq bərpa edilmişdir. Bunun üçün yol verilmiş həmin pozuntu faktlarının aşkarlanmasının özü belə kifayət edir. Aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Göründüyü kimi iddiaçı ərizəsində aktların etibarsız hesab edilməsi üçün heç bir sübut göstərə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş “X3 qaydalarının pozulması haqqında” 07 iyul 2020-ci il tarixli, 187951 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Mirili kəndində yerləşən evində 07 iyul 2020-ci il tarixdə X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmiş və İddiaçı əlavə sərfiyyat yazılmışdır. İş materiallarına əlavə edilmiş “X3 qaydalarının pozulması haqqında” 16 noyabr 2020-ci il tarixli, 201736 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Mirili kəndində yerləşən evində 16 noyabr 2020-ci il tarixdə X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmiş və İddiaçı əlavə sərfiyyat yazılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş matariallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Mirili kəndində yerləşən evində X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması aşkar olunduğundan «EEİQ»-nın 8.32-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən 07 iyul 2020-ci il tarixli, 187951 saylı və 16 noyabr 2020-ci il tarixli, 201736 saylı aktlar tərtib olunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamən”in surətindən görünür ki, İddiaçı 08 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X3 Qaydaları»nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enercitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, "xxxx" ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «X3 Qaydaları»nın 8.1-ci maddəsinin tələbinə görə dövlət energetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən …yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən …öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır. «X3 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və İddiaçı barəsində tərtib edilmiş 07 iyul 2020-ci il tarixli, 187951 saylı akta əsasən hesablanmış enerji məbləği enerji məbləği 1,2 kvt. x 0,7 x 12 saat x 30 gün = 302,4 kvt. s; 302,4 kvt.s x 0.11 m = 33,26 manat və 16 noyabr 2020-ci il tarixli, 201736 saylı akta əsasən hesablanmış enerji məbləği enerji məbləği 1,1 kvt. x 0,7 x 12 saat x 30 gün = 428,4 kvt. s; 428,4 kvt.s x 0.11 m = 47,12 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş 07 iyul 2020-ci il tarixli, 187951 saylı akta əsasən hesablanmış enerji məbləği isə 33,26 (otuz üç manat, iyirmi altı qəpik) manat və 16 noyabr 2020-ci il tarixli, 201736 saylı akta əsasən hesablanmış enerji məbləği 47,12 (qırx yeddi manat, on iki qəpik) məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1650/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1650/2022
14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver