Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1656/2024 27.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki mübahisə (açar sözlər: nikahın pozulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında olan xx.xx.2015-ci il tarixli 03 nömrəli nigahın pozulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında olan xx.xx.2015-ci il tarixli 03 nömrəli nigahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki iddiaçı cavabdehlə 2010-cu ildə faktiki ailə münasibətinə girərək evlənmişlər. Bu münasibəti 23 fevral 2015-ci il tarixində rəsmiləşdirərək rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. İddiaçı cavabdehlə ailə həyatı qurandan sonra ilk vaxtlar ailə münasibətləri normal olmuş, ancaq bir müddət sonra cavabdehlə aralarında olan ailə münasibətləri pozulmağa başlamışdır. Belə ki, ər və arvad kimi bir-birlərini anlaya bilmirlər və ailə problemlərini həll edə bilmirlər. Cavabdeh iddiaçıya fiziki, pisxoloji şiddət göstərir. Cavabdeh maddi və mənəvi olaraq iddiaçıya baxmır. Qaynatası iddiaçının maddi tələbatlarını ödəmişdir. Bu səbəbdən də iddiaçı cavabdehdən qəti olaraq rəsmi ayrılmaq istəyir. Digər ailə məsələləri mediasiya prosesi zamanı həll edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini, oğlunun atasının yanında qalmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan X1 fikri öyrənilmiş, o, atasının yanında qalmaq istədiyini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 720301 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2011-ci il tarixdə İmişli şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
10. xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflərin razılığına əsəsən Birinci tərəf İddiaçı, övladı xx.xx.2011-ci il təvəllüdlü X1 ikinci tərəf Cavabdeh himayəsində qalması öhdəliyini öz üzərinə goturur. İkinci tərəf Cavabdeh, birinci tərəf İddiaçı aliment tələbi yoxdur. Birinci tərəf İddiaçı, ikinci tərəf Cavabdeh heç bir əmlak tələbi yoxdur. İkinci tərəf Cavabdeh, birinci tərəf İddiaçı övladı xx.xx.2011-ci il təvəllüdlü X2 ilə istədiyi vaxt ünsiyyətdə ola bilməsi öhdəliyini öz üzərinə götürür.
11. Məhkəmə iddianın tərəflər arasında bağlanmış nikahın pozulması hissəsi ilə bağlı hesab edir ki, iddiaçı nikahın pozulmasını təkid etdiyindən, mülki işin icraatda olduğu müddət ərzində (xx.xx.2024-xx.xx.2024) tərəflər arasında barışıq əldə edilmədiyindən və ailənin tamlığının saxlanılması mümkün olmadığından tərəflər arasında xx.xx.2015-ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır.
12. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
13. Məhkəmə uşağın mənafeyini, hazırda uşağın atanın himayəsində olduğunu, eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında saxlanılmalıdır.
14. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev