Məhkəmə qərarları › İş №2(036)-1671/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1671/2021

29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1671/2021 29.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, iddiaçı X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı X1 cavabdeh "xxxx" ASC Aran RESTİ-ə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdeh "xxxx" ASC-ə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 27 yanvar 2021-ci il tarixli AKT R № 210719 nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, Araz küçəsində yaşayır və yaşadığı evdə istifadə olunan elektrik enerjisinin haqqı həmişə vaxtıvaxtında ödənilmişdir. 27 yanvar 2021-ci il tarixli AKT R № 210719 nömrəli «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın tərtib edilməsindən xəbərsiz olmuş və aktın surətini almamışdır. Yaşadığı evdə sayğacdankənar xəttdən istifadə olunmamışdır. Ona görə də, «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 27 yanvar 2021-ci il tarixli AKT R № 210719 nömrəli aktın etibarsız hesab edilməsi tələbi barədə iddia qaldırmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC Aran RESTİ-nin yoxlayıcıları tərəfindənn 27 yanvar 2021-ci il tarixdə istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən X3 məxsus olan İmişli şəhəri, Araz küçəsində yerləşən fərdi yaşayış evində sayğacdankənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edildiyinə görə «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 27 yanvar 2021-ci il tarixli AKT R № 210719 nömrəli akt tərtib edilmiş, EEİQ-nin pozulması ilə əlaqədar hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilmiş və debitor borc hesablanmışdır. Ona görə də, aktın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 27 yanvar 2021-ci il tarixli AKT R № 210719 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə 27 yanvar 2021-ci il tarixdə aparılmış yoxlama nəticəsində X3 məxsus olan İmişli şəhəri, Araz küçəsində yerləşən fərdi yaşayış evində evində sayğacdankənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilib abonentlə yenidən hesablaşma aparılmışdır. AR Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir Qaydaların 8.17-ci bəndinə əsasən elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt energi təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmumu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilmişdir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 27 yanvar 2021-ci il tarixli AKT R № 210719 nömrəli akt qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən özü-özlüyündə etibarsız olduğundan abonent X6 ilə həmin sənədə əsasən yenidən hesablaşma aparıla bilməzdi. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. X4 barəsində cavabdeh "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 27 yanvar 2021-ci il tarixli AKT R № 210719 nömrəli akt etibarsız hesab edilsin. Cavabdeh "xxxx" ASC-nin hesabından 20 (iyirmi) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar