Məhkəmə qərarları › İş №2(036)-1687/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1687/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1687/2021 06.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0143 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək İsmayılov X24 Nəzər Nəsif oğlu, X3 Əbilfət Nəsib oğlu, X2 Şəkurə Binyət qızı və X1 Minarə Baloğlan qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Boşçallar kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 5.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0143 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0143 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək İsmayılov X24 Nəzər Nəsif oğlu, X3 Əbilfət Nəsib oğlu, X2 Şəkurə Binyət qızı və X1 Minarə Baloğlan qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0143 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 25.07.2003-cü il tarixli 07 saylı qərarı ilə İmişli rayonunun Boşçallar kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.24 ha torpaq sahəsi X18, X16, X12, X19, X22, X23, X20, Ərizəçi1 Nəsib oğlu, X27 və X8 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİ-JQ № 363488 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi1 xx.xx.1979-cu ildə İmişli rayonunun Boşçallar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X6 surətinə əsasən Ərizəçi2 xx.xx.1974-cü ildə İmişli rayonunun Boşçallar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 03640471 nömrəli AR X6 surətinə əsasən X17 10.03.1940-cı ildə İmişli rayonunun Boşçallar kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 02.06.2021-ci il tarixli 05/70-246 nömrəli arayışının surətinə əsasən X13 16.05.2009-cu il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Boşçallar kənd İƏD üzrə İN tərəfindən verilmiş 06.10.2021-ci il tarixli 234 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi1 adı Ərizəçi1 Nəsib oğlu, Ərizəçi2 adı X22, X10 adı X16 və X7 adı X5 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0143 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi1 Nəsib oğlu Ərizəçi1, X3 Əbilfət Nəsib oğluna, X2 Şəkurə Binyət qızına və X1 Minarə Baloğlan qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0143 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi1 Nəsib oğlu Ərizəçi1, X3 Əbilfət Nəsib oğluna, X2 Şəkurə Binyət qızına və X1 Minarə Baloğlan qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar