Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1693/2021 13.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN- 0179 saylı, 90715018 kodlu Dövlət Aktında səhvən qeyd olunmuş “X7” X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvləri: X8, X9, X5, X10 və X6 aqrar islahatı zamanı İmişli rayon Sarıxanlı kəndində 1.73 hektar pay torpaq sahəsi qeydiyyata alınmış və “Torpağa mülkiyyət hüququna dair” JN-0179 saylı, 90715018 kodlu Dövlət aktı verilmişdir. Dövlət Aktında texniki səhv olaraq X2 adı və soyadı X3 qeyd olunmuşdur. Bu da onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında “Torpağa mülkiyyət hüququna dair” JN-0179 saylı, 90715018 kodlu Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 23 avqust 2004-cü il tarixli 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.73 ha torpaq sahəsi Ərizəçi, X8, X9, X11, X10 və X4 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X5 29 avqust 1997-ci ildə vəfat etmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Torpağa mülkiyyət hüququna dair JN-0179 saylı, 90715018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçisinin adı və soyadı düzgün qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair Torpağa mülkiyyət hüququna dair” JN-0179 saylı, 90715018 kodlu Dövlət aktının Ərizəçi, X8, X9, X5, X10 və X6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0179 saylı, 90715018 kodlu Dövlət aktının Ərizəçi, X8, X9, X5, X10 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 X1 oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1693/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1693/2021
13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver