Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1718/2021 14.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2004-cü il tarixli, 10 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “Ərizəçi Nəriman oğlunun” adının şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi, “X3” şəxsiyyət vəsiqəsində olduğu kimi X11, “X7” şəxsiyyət vəsiqəsində olduğu kimi Tomarova (Xudiyeva) Aynur Nərman qızı və “X4” şəxsiyyət vəsiqəsində olduğu kimi X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2004-cü il tarixli, 10 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu Dövlət aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq Ərizəçi “Ərizəçi Nəriman oğlu” kimi, X11 “X9” kimi, Tomarova (Xudiyeva) Aynur Nərman qızı “X16” kimi və X8 “X10” kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu dövlət aktına əsasən İmişli rayon AİK-nin 25 noyabr 2004-cü il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3.99 ha torpaq sahəsi X12, X9, X13, Ərizəçi Nəriman oğlu, X16, X17, X14 və X4 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Ərizəçi xx xxxx 1966-cı il tarixdə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 may 1996-cı il tarixdə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X18 20 sentyabr 1977-ci il tarixdə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 mart 1991ci il tarixdə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Nəriman oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZE 14115187 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ -20235 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X18 arasında nikah 27 noyabr 2001-ci il tarixdə İmişli rayon VVADQ şöbəsində bağlanmış və həmin nikah 451 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X15 “Tomarova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, ««Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu Dövlət aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0276 nömrəli 90703028 kodlu Dövlət aktının X12, X11, X13, Ərizəçi, Tomarova (Xudiyeva) Aynur Nərman qızı, X17, X14 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Nəriman oğlunun Ərizəçi kimi, X3 X2, X7 Tomarova (Xudiyeva) Aynur Nərman qızı kimi və X4 X1 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1718/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1718/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver