Məhkəmə qərarları › İş №2(036)-173/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-173/2024

11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-173/2024 11.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçinın hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-123A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X3 Pərvin İlham oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X7 izahatında göstərmişdir ki, Ərizəçi ailə üzvləri ilə birlikdə İmişli rayonu, Qaralar kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.27 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN-123A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-123A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X3 Pərvin İlham oğluna aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-123A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1999-cu il tarixli 11 saylı qərarı ilə İmişli rayonunun Qaralar kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.27 ha torpaq sahəsi X16, X9, X14, Ərizəçi, X10, X11, X8, X15 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA******* nömrəli AR X1 surətinə əsasən Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. İşdə olan Seriya AA5283935 nömrəli AR X1 surətinə əsasən X11 xx.xx.1972-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA3217326 nömrəli AR X1 surətinə əsasən X21 xx.xx.1996-cı ildə vəfat etmişdir. İşdə olan AZ-İİ №094972 «doğum şəhadətnaməsi»nin surətinə əsasən X5 doğulmuş xx.xx.1996-cı il təvəllüdlü X4 İlham Qəzənfər oğlundan törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-123A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X3 Pərvin İlham oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-123A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X3 Pərvin İlham oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar