Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-174/2025 04.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İmişli Qeydiyyat İmtahan və X2 göstərilməklə, “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizənin dəlilləri: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İmişli Qeydiyyat İmtahan və X2 göstərilməklə) “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda onun sahibliyində olan Rusiya buraxılışı olan “İJ Yupitel 5” markalı mühərrik və birka nömrəsi K27356088 olan qırmızı rəngli motosiklın sahibsiz hesab edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-2282/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Ərizəçi iddia ərizəsinin onun sahibliyində olan Rusiya buraxılışı olan “İJ Yupitel -5” markalı mühərrik və birka nömrəsi K27356088 olan qırmızı rəngli motosikletin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsi hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilmiş, tərəfə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir və ərizəçiyə iddia tələbinin həmin hissəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2022-ci ildə İmişli rayonu, Qaralar kəndi yaxınlığında köhnə avtomobil hissələri və motosikl hissələri satılan yerdə üzərinə “İJ Yupitel 5” yazılmış işlək vəziyyətdə olmayan, qırmızı rəngli istismara yararsız vəziyyətdə atılmış motosikl görmüş və həmin motosiklı götürüb təmir edib istifadə etmək qərarına gəlmişdir. Belə ki, o, uşaqlıqdan motosikla həvəs göstərmişdir. Köhnə dəmir əşyaları və motosikl hissələrini satan X1 ilə söhbət edib soruşmuşdur ki, bu köhnə “İJ Yupitel 5” motosiklı nə etmək istəyir. O da demişdir ki, o, heçnəyə yaramadığından yararlı ehtiyyat hissələrini satmaq istəyir. O da Anarla razılaşaraq Rusiya buraxılışı olan “İJ Yupitel 5” markalı mühərrik və birka nömrəsi K27356088 olan istismara tam yararsız atılmış motosiklı 500 manat verərək Anardan almışdır. Sonra müxtəlif ehtiyyat hissələri əldə edərək motosiklı işlək vəziyyətə və zahiri cəhətdən yenilənmiş hala gətirmişdir. Lakin İmişli rayonunda yol polisi əməkdaşları onu motosikleti idarə edərkən saxlamış və sənədləşməni tələb etmişlər. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşdə olan İmişli Rayon Məhkəməsinin 2(036)-2282/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi iddia ərizəsinin onun sahibliyində olan Rusiya buraxılışı olan “İJ Yupitel -5” markalı mühərrik və birka nömrəsi K27356088 olan qırmızı rəngli motosikletin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsi hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilmiş, tərəfə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir və ərizəçiyə iddia tələbinin həmin hissəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, “İJ” markalı sözlərlə yazılan qırmızı rəngli motosiklet mövcuddur. İş materiallarında olan fotoşəkildən görünür ki, “İJ” markalı motosikletin birka nömrəsi K27356088-dir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu il tarixdə İmişli rayonunda anadan olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 324.1-ci maddəsinə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. 326.1-ci maddəsinə əsasən 326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 “İJ Yupitel 5” markalı motosikleti 500 manat məbləğində pul vəsaitini ödəyərək almışdır. Lakin İmişli rayonunda yol polisi əməkdaşları onu motosikleti idarə edərkən saxlamış və sənədləşməni tələb etsələr də, sənədləri olmadığı üçün təqdim edə bilməmişdir. Hazırki ərizə ilə ərizəçi “İJ Yupitel 5” markalı motosikletin sahibsiz hesab edilməsi tələb edir. Məhkəmə qeyd edir ki, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. İddiaçı tərəfindən isə “İJ Yupitel 5” markalı motosiklet sahibsiz olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, hazırki işə münasibətdə yuxarıda göstərilən halların heç birinin mövcud olmaması müəyyən edilmişdir. Belə ki, “İJ Yupitel 5” markalı motosiklet iddiaçının iddia ərizəsində göstərdiyi kimi X1 adlı şəxsin sahibliyində olmuşdur. O, da həmin əmlak üzərində sərəncam vermək hüququndan istifadə edərək 500 manat müqabilində iddiaçıya satmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “İJ Yupitel 5” markalı motosiklet sahibsiz daşınar əşya hesab edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin olunmasın. İddiaçı Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-174/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-174/2025
04.02.2025 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver