Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-176/2021 28.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3nа qarşı “qanuni sahibkar kimi fəaliyyətinə cavabdehlərin hər hansı formada maneəçilik törətmələrinə, işlərinə müdaxilə etmələrinə, onunla bağlı qanunsuz hərəkətlərinə ümumiyyətlə son qoyulması, bu və bu kimi hərəkətlərin bir daha edilməsinin onlara qadağan edilməsi, bu tələblərinin bir vəzifə olaraq cavabdehlərin üzərlərinə öhdəlik kimi qoyulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onun qanuni sahibkar kimi fəaliyyətinə hər hansı formada maneəçilik törətmələrinə, işlərinə müdaxilə etmələrinə, onunla bağlı qanunsuz hərəkətlərinə ümumiyyətlə son qoyulması, bu və bu kimi hərəkətlərin bir daha edilməsinin onlara qadağan edilməsi, bu tələblərinin bir vəzifə olaraq cavabdehlərin üzərlərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, avtomobil yuma sexi açmaq məqsədi ilə rayonun Məhəmmədli kəndində torpaq sahəsi ayrılması üçün 2017-ci ildə İmişli rayon Yalavac kənd bələdiyyəsinə yazılı müraciət etmiş, bələdiyyənin qərarı ilə mülkiyyətində olan 0,0150 hektar torpaq sahəsi açıq hərrac keçirilməsi yolu ilə ona satılıb. AR DƏDRXnin 6 saylı X3 tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. İmişli rayon İcra Hakimiyyəti Başçısnın xx xxx 2017-ci il tarixli, 72 saylı sərəncamına əsasən, İmişli rayonunun Məhəmmədli kəndində yerləşən və mülkiyyətimdə olan 150 kv. metr torpaq sahəsində ticarət-xidmət obyektinin tikintisinə icazə verilmişdir. O da həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququndan və müvafiq sərəncamdan istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutduğu işləri həyata keçirməyə başlamışdır. Lakin cavabdehlər uzun müddətdir ki, onun mülkiyyətində olan torpaq sahəsində qanuni fəaliyyətini həyata keçirməyə maneçilik yaradır, bir neçə dəfə onu zorla torpaq sahəsindən uzaqlaşdırmış, özünə dəfələrlə fiziki xəsarət yetirmiş, mülkiyyətində olan traktoru və digər əmlakı korlayaraq maddi zərər vurmuşlar. Bununla bağlı müxtəlif dövlət orqanlarına yazılı müraciətlər ünvanlayaraq pozulmuş hüquqlarının müdafiəsi, vurulmuş maddi zərərin ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə də daxil olmaqla, həmin dövlət orqanları müvafıq torpaq sahəsinin mənim mülkiyyətimdə olduğunu təsdiq etmiş, onun torpaq sahəsi aqrar islahat nəticəsində cavabdehlərə verilmiş pay torpağı, ümumiyyətlə hər hansı digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsi heç vaxt cavabdehlərin mülkiyyətində olmamışdır, lakin cavabdehlər özləri özlərində sözü gedən torpaq sahəsinin aqrar islahat nəticəsində onların ailə üzvlərinə verildiyini zənn edirlər. Bu səbəbdən cavabdehlər ona öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneçilik törədirlər. Bir sözlə qanunla mülkiyyətinə verilmiş torpaq sahəsində bu şəxslərin qanunsuz mane olması, zərər vurması, təzyiq göstərməsi ilə əlaqədar onlardan illərlə müdafiə olunmaq şəraitində torpaq sahəsini uyğun hala gətirməyi bacarsa da, hazırda orada fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, bu səbəbdən də yuyucu sexini inşa etmək imkanından məhrum olmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbinin təmin olunması barədə qətnamə qbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, iddiaçının haqqında bəhs etdiyi torpaq sahəsi aqrar islahat zamanı onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir, bununla bağlı aralarında mülki mübahisə yaranmış və onun həmin mübahisə üzrə məhkəmədə iddia tələbi vardır, hazırda həmin iddia ərizəsi hakim T.Nüsrətovun icraatındadır. Mübahisə üzrə məhkəmə araşdırmaları davam edir, məhkəmənin yekun qərarından sonra sözü gedən torpaq sahəsinin iddiaçının və ya onun mülkiyyətində olması müəyyənləşdiriləcəkdir. Bundan əlavə o və onun oğlanları tərəfindən iddiaçıya hər hansı təzyiqlər göstərilməmişdir. Hazırda aralarında olan mübahisə öz həllini tapmadığından iddiaçının tələbini əsassız hesab edir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məkhəmə iclasında digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 işin hallarına dair Cavabdeh1 izahatına uyğun izahat verdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X4 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində 0,0150 hektar torpaq sahəsi vardır, iddiaçı iddia edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ona həmin torpaq sahəsindən istifadə etməsinə mane olurlar, ona torpaq sahəsində tikinti tikməyə imkan vermirlər, onu döyürlər təhqir edirlər və təzyiq göstərirlər. Cavabdehlər isə belə bir halların olmadığını və iddiaçıya qarşı heç bir qanunsuz hərəkət etmədiklərini bildirirlər. Lakin, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara, yəni cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən öz istədiyi kimi istifadə etməsinə mane olmalarına, ona təzyiq göstərməklə digər qanunsuz hərəkətlər etmələrinə dair məhkəməyə mötəbər subutlar təqdim etməmişdir Belə ki, iddiaçının təqdim etdiyi sənədlər yalnız onun mülkiyyət sənədləridir ki, bu da hazırki iddia tələbinin əsasını təşkil edən ilkin subutlardan biri olsa da mülkiyyət hüququ təsdiq edən sənədlər cavabdehlərin onun mülkiyyətinə və ya özünə qarşı hər hansı qanunazidd hərəkətlərini isbat etmir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-176/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-176/2021
28.01.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver