Məhkəmə qərarları › İş №2(036)-176/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-176/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-176/2022 25.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X2” X7 “Ərizəçi1 Əlikram oğlunun” Ərizəçi1, “Ərizəçi2 Əlikram oğlunun” Ərizəçi2, “X3” Abbasova (İsgəndərova) Vüsalə Əlikiram qızı və mərhum atası “X2” X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 kodlu Dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Sözügedən şəhadətnamədə müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 saylı Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 4.16 ha torpaq sahəsi X6, X9, Ərizəçi1 Əlikram oğlu, Ərizəçi2 Əlikram oğlu və X3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi1 Əlikram oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi2 Əlikram oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan İİ AZ 339557 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 arasında nikah 12 iyun 2019-cu il tarixdə X14 Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 520 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 158765 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 oğlu 16 dekabr 2020-ci il tarixdə İmişli rayonu Bəcrəvan kəndində vəfat etmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları X8, X9, Ərizəçi1, Ərizəçi2 və Abbasova (İsgəndərova) Vüsalə Əlikiram qızı kimi oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-365 nömrəli 90702018 kodlu Dövlət aktı X8, X9, Ərizəçi1, Ərizəçi2 və Abbasova (İsgəndərova) Vüsalə Əlikiram qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 X1, Ərizəçi1 Əlikram oğlunun Ərizəçi1 kimi, Ərizəçi2 Əlikram oğlunun Ərizəçi2, X3 Abbasova (İsgəndərova) Vüsalə Əlikiram qızı və mərhum atası X2 X1 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar