Məhkəmə qərarları › İş №2(036)-1768/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1768/2025

14.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1768/2025 14.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehlə aralarında olan xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 2146 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “cavabdehlə aralarında olan xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 2146 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsinin məzmununda cavabdehin soyadı, adı, atasının adını göstəsə də, cavabdehin telefon nömrəsini, həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı etmələrinə dair məlumatları göstərməmişdir. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən iş üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, cavabdehə təqdim edilməsi üçün iddia ərizəsinin surəti, tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilən sənədlər siyahısında göstərilsə də, həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda–iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin qanunun 29.7-ci maddəsinə görə, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədlər təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddia ərizəsinin məhkəmə icraatının mümkün olması üçün iddia ərizəsi qanunvericiliyin qeyd olunan normalarının tələblərinə uyğun olaraq tərtib edilməli və iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməli, həmçinin yaranmış mübahisə üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi, eyni zamanda mediasiya prosesinin nəticələrinə dair arayışı və ya protokolu, cavabdehə təqdim edilməsi üçün iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə etməlidir. Əks halda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.3 və 152.4-cü maddələrinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin qeyd olunan normalarının tələblərinə uyğun tərtib edilmədiyindən, yəni iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, cavabdehə təqdim edilməsi üçün iddia ərizəsinin surəti və mediasiya prosesinin nəticələrinə dair arayış və ya protokol iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsi hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar