Məhkəmə qərarları › İş №2(036)-1798/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1798/2023

02.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1798/2023 02.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizəsinə dair işə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib onunla eyni ünvanda yaşayan xx.xx.1966-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, İmişli rayonu, Gövhərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.1966-cı il təvəllüdlü X4 onunla birlikdə yaşayır və sonradan əqli gerliyi yaranmışdır. X4 psixi xəstəlikdən əziyyət çəkir və hərəkətlərini idarə edə bilmədiyindən üzərində daimi nəzarətin həyata keçirilməsini tələb edir. O, hərəkətlərinin mənasını anlamır və psixi xəstə kimi dispanser qeydiyyatındadır. Ona görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan AR SN ambulator kitabçadan 092324 nömrəli çıxarışa əsasən xx.xx.1966-cı il təvəllüdlü X1 MRX-nin Publik Hüquqi şəxsi Poliklinikasında “şəxsiyyətin emasional-davamsız tip pozuntusu” diaqnozu ilə ambulator qeydiyyatdadır. İşin materiallarında olan AR SN MPEM Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 2692 saylı rəyində göstərilmişdir ki, müayinə olunarkən xx.xx.1966-cı il təvvəlüdlü X3 şəxsiyyətin emosional davamsız tip pozuntusu müəyyən edilir. X.Ş.Ağamirzəyevdə müəyyən edilən şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmayıb ki, o, öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında olmasın. X.Ş.Ağamirzəyev öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Buna görə də X.Ş.Ağamirzəyevi fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab etməyə əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1966-cı il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar