Məhkəmə qərarları › İş №2(036)-180/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-180/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-180/2023 17.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə verilmiş «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktında səhvən qeyd olunmuş «Ərizəçi Namiz oğlunun» Ərizəçi kimi, «X7» X1, «X8» Nuriyeva (Həsənova) Solmaz Feyruz qızı kimi, «X13» Kazımova (Nuruyeva) Leyla Nazim qızı, «X9» Hüseynova (Nuruyeva) Vahidə Nazim qızı və «X10» Mahmudova (Nuriyeva) Elsanə Nazim qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3,48 ha torpaq sahəsi Ərizəçi Namiz oğlu, X25, X26, X19, X30, X27 və X9 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 saylı dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Namiz oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA0731939 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZE08361374 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AA3230645 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X13 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir. İş materiallarında olan AZE15680888 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AZE14906516 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan İİ-JQ 438827 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X23 arasında nikah 10 oktyabr 1981-ci il tarixdə bağlanmış və həmin nikah 21 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X11 “Nuriyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 366842 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X28 arasında nikah 14 fevral 2008-ci il tarixdə bağlanmış və həmin nikah 13 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X14 “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 121274 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X32 arasında nikah 14 oktyabr 2004-cü il tarixdə bağlanmış və həmin nikah 368 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X24 “Kazımova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 573616 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X29 arasında nikah 02 iyun 2010-cu il tarixdə bağlanmış və həmin nikah 40 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X16 “Hüseynova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi, Nuriyeva (Həsənova) Solmaz Feyruz qızı, X26, X18, Kazımova (Nuruyeva) Leyla Nazim qızı, Mahmudova (Nuriyeva) Elsanə Nazim qızı və Hüseynova (Nuruyeva) Vahidə Nazim qızı kimi oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpaq mülkiyyət hüququna dair» JN-0028 nömrəli 90710038 kodlu dövlət aktının Ərizəçi, Nuriyeva (Həsənova) Solmaz Feyruz qızı, X26, X18, Kazımova (Nuruyeva) Leyla Nazim qızı, Mahmudova (Nuriyeva) Elsanə Nazim qızı və Hüseynova (Nuruyeva) Vahidə Nazim qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Namiz oğlunun Ərizəçi kimi, X7 X1, X8 Nuriyeva (Həsənova) Solmaz Feyruz qızı kimi, X13 Kazımova (Nuruyeva) Leyla Nazim qızı kimi, X9 Hüseynova (Nuruyeva) Vahidə Nazim qızı kimi və X10 Mahmudova (Nuriyeva) Elsanə Nazim qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar