Məhkəmə qərarları › İş №2(036)-1803/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1803/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1803/2024 17.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın nümayəndəsi X5 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon Filialı olmaqla, şəxsin öhdədə olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon Filialı olmaqla, şəxsin öhdədə olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası 1930-cu il təvəllüdlü X1 2000-ci ildən xx.xx.2009-cu il tarixədək olan müddətə onun himayəsində (öhdəsində) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, Füzuli rayonundan məcburi köçkün kimi İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşmışdır. Mərhum anası 1930-cu il təvəllüdlü X4 2000-ci ildən xx.xx.2009-cu il tarixdə qaraciyər çatışmazlığı və ağır nevroz xəstəlikləri səbəbindən vəfat edən günədək onun himayəsində, öhdəsində yaşadığı İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən evində yaşamışdır. Anası mərhum X1 xəstəlik səbəbindən sürətlə çəkisi artmış və ağır nevroz xəstəliyi səbəbindən özü müstəqil hərəkət etmək, qərarlar qəbul etmək, özünə xidmət etmək qabiliyyətindən mərhum olmuşdur. O, şəxsən özü mərhum anası X1 məişət, qidalanma, yuyunması, geyinib soyunması, ayaqyoluna getməsi işlərini hamsını onun qucağında aparmaqla və öz əli ilə zəruri olan qidalanma və yuyunma geyinmə, soyunma işlərini mütəmadi olaraq 2000-ci ildən xx.xx.2009-cu il tarixədək olan dövrdə özü görmüşdür. Mərhum anası X4 xüsu ilə son 5 ildə hədsiz şişmə-kökəlmə və nevroz xəstəliyi səbəbindən yalnız yataq şəraitində yaşamışdır ki, o, onun bütün ehtiyaclarını yatağında ödəməyə və yalnız ev şəraitində gəzdirməyə məcbur olmuşdur. Mərhum anası X4 xx.xx.2009-cu ildə vəfat etmişdir. Hal-hazırda pensiya ilə əlaqədar və miras əmlaka hüququn əldə edilməsi ilə və sair bağlı olaraq mərhum anası X1 2000-xx.xx.2009-cu il tarixlərdə olan dövrdə onun öhdəsində olmasını faktını müəyyən edilməsi zəruridir. Yuxarıda göstərdiyi faktlar işə əlavə olunmuş Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəliyin arayışı və şahidlər: İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi, ev 36 ünvanında yaşayan X8, İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi, ev 63 ünvanında yaşayan X6 və İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi, ev 37 ünvanında yaşayan X3 tərəfindən də təsdiq edilə bilər. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X7 izahatında göstərmişdir ki, 1930-cu il təvəllüdlü X1 2000-ci ildən xx.xx.2009-cu il tarixədək olan müddətə Ərizəçi himayəsində (öhdəsində) olması faktının müəyyən edilməsi barədə ərizəsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 62802 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi məcburi köçkün statusu verilmişdir; İşdə olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 139 saylı və xx.xx.2023-cü il tarixli 89 nömrəli arayışlardan görünür ki, Ərizəçi mərhum anası 1930-cu il təvəllüdlü X2 2000-ci ildən vəfat etdiyi xx.xx.2009-cu il tarixədək qulluq etmişdir; İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Füzuli rayon sakini 1-ci Qarabağ müharibəsi iştirakçısı hal-hazırda İmişli rayon Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Ərizəçi mərhum anası X2 xəstəliyi ilə əlaqədar 2000-ci ildən 2009-cu il tarixdə vəfat edənə qədər himayə durmuşdur; İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-11-113725/2024 saylı məktubundan görünür ki, X4 vəfat etdiyi üçün ona qulluq edilməsi faktı məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır; İşdə olan AZ-İ 345281 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Füzuli rayonunda qaraciyər çatışmazlığı səbəbindən vəfat etmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ............ 307.2.2. şəxsin öhdədə olması faktının; ………. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad olunan MPM-nin 308-ci maddəsinin hərfi mənasından aydın olur ki, məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, Ərizəçi mərhum anası X4 xx.xx.2009-cu ildə vəfat etmişdir. Hal-hazırda pensiya ilə əlaqədar və miras əmlaka hüququn əldə edilməsi ilə bağlı olaraq mərhum anası X1 2000-ci ildən xx.xx.2009-cu il tarixlərdə olan dövrdə onun öhdəsində olmasını faktını müəyyən edilməsinin başqa yolla mümkün olmadığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarına əsasən: 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

3. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. 3.1. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iddia tələbi ilə isə ərizəçinin özünün mərhum anasının himayəsində olması faktının deyil, əksinə mərhum anasının onun öhdəsində olması faktının təsdiq edilməsini xahiş edir ki, bu qanunvericliyinin yuxarıda göstərilən tələblərinə əsasən yolverilməzdir. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi 1930-cu il təvəllüdlü X1 2000-ci ildən xx.xx.2009-cu il tarixədək olan müddətə onun himayəsində (öhdəsində) olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi məcburi köçkün statusuna malik olduğu üçün dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi olmaqıa, “öhdədə olma faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar