Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1814/2020 24.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X4 Tariyel Bərşad oğlu, X1 Aftandel Bərşad oğlu və X2 Sahibə Sefi qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Qaralar kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 5.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi X24, X3 Aftandil Bərşad oğlu və X5 Sahibə Bərşad qızı kimi qeyd olunmuşdur. Ona görə də, ərizə verib JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X4 Tariyel Bərşad oğluna, X1 Aftandel Bərşad oğluna və X2 Sahibə Sefi qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1999-cu il tarixli 11 saylı qərarı ilə İmişli rayonunun Qaralar kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.26 ha torpaq sahəsi X25, X29, X31, X15, X21, X24, X26, X22 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X8 surətinə əsasən Ərizəçi xx.xx.1978-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 13086099 nömrəli AR X8 surətinə əsasən X16 xx.xx.1976-cı ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 04799855 nömrəli AR X8 surətinə əsasən X28 xx.xx.1978-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ № 351194 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.1976-cı ildə İmişli rayonununda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin V-JQ № 418901 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1978-ci ildə İmişli rayonununda anadan olmuşdur. İşdə olan Vİİ-JQ № 276207 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X6 Emin Bərşad oğlu ilə xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmuş və Ağabalayeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 218 saylı arayışda göstərilmişdir ki, JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi adı X24, X9 adı X15 və X17 adı X7 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X4 Tariyel Bərşad oğluna, X1 Aftandel Bərşad oğluna və X2 Sahibə Sefi qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X4 Tariyel Bərşad oğluna, X1 Aftandel Bərşad oğluna və X2 Sahibə Sefi qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1814/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1814/2020
24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver