Məhkəmə qərarları › İş №2(036)-1834/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1834/2022

27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1834/2022 27.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-249 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X4 Elmi Aban oğlu, X2 Bəsti Katda qızı, X1 Pərvanə Elmi qızı və X3 (İsmayılova) Şəbnəm Elmi qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Otuziki kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 1.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-249 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-249 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X4 Elmi Aban oğlu, X2 Bəsti Katda qızı, X1 Pərvanə Elmi qızı və X3 (İsmayılova) Şəbnəm Elmi qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-249 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə İmişli rayonunun Otuziki kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.01 ha torpaq sahəsi X24, X19, X12 və X8 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 09935082 nömrəli AR X7 surətinə əsasən X20 xx.xx.1961-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi xx.xx.1957-ci ildə İmişli rayonunun Otuziki kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən X17 xx.xx.1985-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən X22 xx.xx.1989-cu ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-319 nömrəli arayışın surətinə əsasən X5 Elmi Aban oğlu ilə xx.xx.1984-cü ildə rəsmi nikaha daxil olmuş və Qəhrəmanova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Muradallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 104 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı X24, X9 adı X16 və Qəhrəmanova (İsmayılova) Şəbnəm Elmi qızının adı X6 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-249 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X4 Elmi Aban oğluna, X2 Bəsti Katda qızına, X1 Pərvanə Elmi qızına və X3 (İsmayılova) Şəbnəm Elmi qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-249 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X4 Elmi Aban oğluna, X2 Bəsti Katda qızına, X1 Pərvanə Elmi qızına və X3 (İsmayılova) Şəbnəm Elmi qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar