Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-184/2022 31.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi5 nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi5 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi5 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0175 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Bəyalıyeva X15 Narxanım Mehti qızı, Bəyalıyev X27 Bəhruz Feyruz oğlu, X4 Bəhruz Feyruz oğlu, X1 Səbinə Feyruz qızı, X2 Səmayə Feruz qızı və Cəfərova (Bəyaliyeva) X34 (Bəyaliyeva) Səyyarə Feyruz qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi5 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qaraqaşlı kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 2.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0175 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0175 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X14 Turab Ataş oğlu, X3 Qızqayıd Surxay qızı və X5 Nərmin Novruz qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0175 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 23.04.2002-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Qaraqaşlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.80 ha torpaq sahəsi X32, Ərizəçi1 Mehti qızı, X37, X25, X23, X22, X33, Ərizəçi2, Ərizəçi3 və X6 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 04271917 nömrəli AR X7 surətinə əsasən X16 13.02.1948-ci ildə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 09082977 nömrəli AR X7 surətinə əsasən X30 18.07.1976 ildə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən X26 27.04.1979-cu ildə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X7 surətinə əsasən Ərizəçi4 xx.xx.1972-ci ildə İmişli rayonunun Qaraqaşlı anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi5 xx.xx.1970-ci ildə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi6 09.01.1969-cu ildə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Qaraqaşlı kənd İƏD üzrə İN tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 151 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X8 adı Ərizəçi1 Mehti qızı, X13 adı Ərizəçi2, X13 adı X21, Ərizəçi4 adı X22, Ərizəçi5 adı X23 və Cəfərova (Bəyaliyeva) Səyyarə Feyruz qızının adı Cəfərova (Bəyaliyeva) Səyarə Feyruz qızı kimi yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0175 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi1 Mehti qızı X10, Ərizəçi2 X17, X4 Bəhruz Feyruz oğluna, X1 Səbinə Feyruz qızına, X2 Səmayə Feruz qızına və Cəfərova (Bəyaliyeva) X34 (Bəyaliyeva) Səyyarə Feyruz qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0175 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi1 Mehti qızı X10, Ərizəçi2 X17, X4 Bəhruz Feyruz oğluna, X1 Səbinə Feyruz qızına, X2 Səmayə Feruz qızına və Cəfərova (Bəyaliyeva) X34 (Bəyaliyeva) Səyyarə Feyruz qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-184/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-184/2022
31.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver