Məhkəmə qərarları › İş №2(036)-1841/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1841/2022

17.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1841/2022 17.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi2 iştirakı ilə, Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0237 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Ərizəçi1 Etibar oğlu Ərizəçi1, X2 İsrəfil Boran oğlu, X1 Zülfurə Boran qızı və Quliyeva (Məmmədova) X15 (Məmmədova) Töfə Boran qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Əlipənahlı kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 4.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0237 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0237 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Ərizəçi1 Etibar oğlu Ərizəçi1, X2 İsrəfil Boran oğlu, X1 Zülfurə Boran qızı və Quliyeva (Məmmədova) X15 (Məmmədova) Töfə Boran qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0237 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə İmişli rayonunun Muradxanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 4.47 ha torpaq sahəsi X11, X17, X10, X7, X18, X8, X12, X13 və Ərizəçi1 Etibar oğlunun ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X3 surətinə əsasən Ərizəçi1 xx.xx.1989-cu ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi2 xx.xx.1972-ci ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi3 xx.xx.1976-cı ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X3 surətinə əsasən Ərizəçi4 xx.xx.1964-cü ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin V-JQ № 283751 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Ehtiram Nəcəfqulu oğlu ilə xx.xx.1989-cu ildə rəsmi nikaha daxil olmuş və Quliyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Muradxanlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 180 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi2 adı X10, Ərizəçi3 adı X7 və Quliyeva (Məmmədova) Töfə Boran qızının adı Quliyeva (Məmmədova) Töhfə Boran qızı kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin Muradxanlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 181 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi1 adı Ərizəçi1 Etibar oğlu kimi yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0237 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi1 Etibar oğlu Ərizəçi1, X2 İsrəfil Boran oğluna, X1 Zülfurə Boran qızına və Quliyeva (Məmmədova) X15 (Məmmədova) Töfə Boran qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0237 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi1 Etibar oğlu Ərizəçi1, X2 İsrəfil Boran oğluna, X1 Zülfurə Boran qızına və Quliyeva (Məmmədova) X15 (Məmmədova) Töfə Boran qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar