Məhkəmə qərarları › İş №2(036)-186/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-186/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-186/2021 17.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və ərizəçi X6 nümayəndəsi Dəmirov Hakim Müqabil oğlunun iştirakı ilə, ərizəçi X6 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X8 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0220 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X1 Elmira Həbib qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X6 nümayəndəsi Dəmirov Hakim Müqabil oğlu izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Yalavac kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 2.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-0220 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-0220 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X1 Elmira Həbib qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0220 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2004-cü il tarixli 03 saylı qərarı ilə İmişli rayonunun Yalavac kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.86 ha torpaq sahəsi X19, X9, X20, X5, X17, X12, X21, X14, X15, X16 və Dəmirov Hakim Müqabil oğlunun ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X3 surətinə əsasən Ərizəçi xx.xx.1961-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. İşdə olan V-JQ № 476679 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X2 Müqabil Həsən oğlu ilə xx.xx.1991-ci ildə rəsmi nikaha daxil olmuş və Dəmirova soyadını qəbul etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0220 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X1 Elmira Həbib qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0220 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Elmira Həbib qızına aid edilsin və həmin sənədin müvafiq olaraq ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar