Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1863/2023 20.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, ərizəçi İmanova (Şahpələngova) Gülarə Abduləli qızınun hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-029A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X4 Vazifə Kamil qızı, X1 Gülsara Abduləli qızı, X2 (Şahpələngova) Gülarə Abduləli qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Cavadxanlı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.34 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN-029A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-029A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X4 Vazifə Kamil qızına, X1 Gülsara Abduləli qızına və X2 (Şahpələngova) Gülarə Abduləli qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-029A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamənin surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə İmişli rayonunun Cavadxanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.34 ha torpaq sahəsi X14, X9 və X5 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi xx.xx.1962-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin № 05/70-157 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X15 xx.xx.2009-cu ildə vəfat etmişdir. İşdə olan Seriya AA2610410 nömrəli AR X3 surətinə əsasən X10 xx.xx.1960-cı ildə anadan olmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-029A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X4 Vazifə Kamil qızına, X1 Gülsara Abduləli qızına və X2 (Şahpələngova) Gülarə Abduləli qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-029A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X4 Vazifə Kamil qızına, X1 Gülsara Abduləli qızına və X2 (Şahpələngova) Gülarə Abduləli qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1863/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1863/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver